Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (16-02-2015, 13:09)
Elza: Sarkisyan məni məhkəməyə verəcək

Elza: Sarkisyan məni məhkəməyə verəcək

“Bəzi aparıcılar reytinq qazanmaq üçün məni tənqid edirlər”.

Müğənni, bəstəkar Elza Seyidcahan bu günlərdə “İntervyu jurnalı” və “İntervyu-xəbər” qəzetinin keçirdiyi sorğu əsasında “İlin şairəsi” adını aldı. Bir çox yazıçılar mətbuatda, sosial şəbəklərədə bu hadisəni gülünc adlandırdılar. 

Gənc yazıçı Cəlil Cavanşir: “Mən də tək idim. Bu sevincli anımda təm-tək, tənha idim...Tək olsam da sevinirdim. Daxilimdə bir rahatlıq, bir sakitlik, bir əminlik yarandı – Məhsətinin, Natəvanın, Heyran xanımın nigaran ruhları nəhayət ki, rahatlıq tapmışdı. Ədəbiyyatımızın uğurları sırasına biri də yazıldı. Bəli, bu sevindirici xəbəri dostlarımla paylaşmaq, sevincimi onlarla bölüşmək istədim. 

Zəng edib Ramiz Rövşəni, Salam Sarvanı, Xanəmiri, Etimad Başkeçidi, Zahid Sarıtorpağı, Aqşin Yeniseyi, Qisməti, Şəhriyar del Geranini, Aqşin Evrəni təbrik etdim. Sonra xanım yazarlarımızı, şairlərimizi xatırladım. Sevinc Elsevərə, Elnaz Eyvazlıya, Nərmin Kamala, Könül Həsənquluya Aysel Əlizadəyə, Rəbiqəyə, Səhər Əhmədə və həyəcandan adını unutduğum digər şair xanımlara gözaydınlığı SMS-i yazdım.. Bilirsiniz, məncə daha ədalətli olmaq lazımdır! 

Elza Seyidcahan xanıməfəndi nəinki ilin, hətta əsrin, minilliyin şairəsi elan olunmalıydı. Belə daha ədalətli, daha gözəl olmazdımı? Onun gözəl şeirləri təkcə qəlbimizi fəth etmir, hətta yuxularımızı da qaçırır. Ümid edirəm ki, Elza xanımın şeirləri dünya miqyasında da ədəbiyyatımızı təmsil edəcəkdir.” deyə bildirib.  Həmçinin gənc yazar ANS TV-də yayımlanan “Bazar səhəri Rövşanə ilə” verlişinin sonuncu buraxılışında bu cür olaya söz tapmadığını deyib:

“Biz yazıçılar sadəcə bunu gülməklə qarşılayırıq. Çünki, çox gülüncdür, deməyə söz tapmırıq”.

Yazıçı, publisist Aysel Əlizadənin müğənninin Ermənistan prezidentinə ünvanladığı şeir barəsində dedikləri: ” Siz canı belə şeylər yaymayın. Götürüb çap edərlər, hamı elə bilər bizim şairlər bu ağıldadı . Mediası yayırsa, demək, şeir haqda qandıqları budu, düşünərlər, biabır olarıq. Ciddi deyirəm, məzəlik deyil bu işlər”.

"Mediatv.az" xəbər verir ki, müğənni Elza Seyidcahan “Yeni Müsavat”ın əməkdaşına bu barədə müsahibə verərək,  özünü dahilərlə müqayisə edib. Onu tənqid edənləri isə isə şaircik, yazarçıq adlnadırıb:

- “Mən bu barədə ümmumiyyətlə danışmaq istəmirəm. Sənətimin sübutu isə görürsüz ki, öz əksini tapdı. Mən öz işimi gördüm. Özlərinə  iş tapa bilməyənlər mənim adımdan istifadə edib gündəmdə qalmaq istəyirlər. Yaradıcı insanın yaradıcılığını müzakirə etmək doğru deyil. Qoy o yazıçılar yazıq olsunlar ki, onların kitabları çap olunur, amma bu adı ala bilmirlər. Onlar qorxurlar ki, mən yaradıcılıqda onları ötüb keçim. Elə yazıçılar var ki,  onlara heç günün şairi də deyə bilmirəm, amma elələri var ki,onlar əsrin şairləridir. Vaxtilə Əhməd Cavad, Mikayıl Müşviqi də qəbul etmirdilər. Onları öldürən bəyəm ermənilər, ruslar idi? Xeyr, onları da elə məni tənqid edən şəxslər güdaza verib. Bu günlərdə sosial şəbəkədə dahi Nəsiminin şeirini paylaşmışdım, ancaq şeirin altından onun adını qeyd etmədim. Bir görərdiz hansı şərhlər yazılmışdı. Ancaq o yazıqlar hardan bilsin ki, bu şeir Nəsiminindir. Elə bilmişdilər ki, mənim şeirimdir, məni tənqid atəşinə tutmuşdular.

- Şeirlərinizi övladlarınız bəyənirmi?

- Hər dahinin balası dahi olmur... Oğlum heyvanların qorunmasna aid olan konsertimə qarşı idi. O, hər gün yalvarırdı ki, “ana nə olar, o konserti keçirtmə”, oğlum çox qarşı idi. Lakin konsertdə oğlum məni bağrına basıb dedi: “Ana çox sevinirəm ki, belə bir  konserti ölkədə ilk dəfə sən keçirtmisən, səninlə fəxr edirəm”. Bacım da mənə deyir ki, artıq şeirlər yazmayım. Ola bilsin ki, o, yaradıcılığımı tam dərk etmir. Lakin, məni sevən xeyli sayda insanlar var. Hətta bir radio var, oranın əməkdaşları mənə deyirlər ki, şeir yaradıcılığımı qətiyyən dayandırmayım, həvəsdən düşməyim. Onların sözlərinə görə nə qədər tanınmış şairlər var ki, onları radioya belə buraxmırlar, amma mənim şeirlərim hər yerdə səslənir.

- Yazdıqlarınızı bir yerə toplayıb kitab şəklinə salmaq fikriniz varmı?

 - Qətiyyən xeyr.

 - Sərkisyandan sonra kimə tənqidi şeir yazacaqsız?

- Yaponların bir sözü var: “Allahı özünə güldürmək istəyirsənsə, gələcək planlarından yaz”. Mən bu haqda şeir yazmağı düşünmürdüm. “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmiraslanova ayın 12-də mənə zəng edib dedi ki, Ermənistanın perzidentinə qarşı səs toplanır. Məqsəd onun dünyada cinayətkar kimi tanınmasıdır. İndi xeyli sayda səs toplanıb. Siz jurnalistlərdən də xahişim budur ki, kompaniyaya siz də qoşulasız...Elə həmin gecə mən bu şeiri yazdım. Şeiri yazmaqda məqsədim Sərkisyanı tənqid, təhqir etmək deyil, sadəcə çağırışdır. Təhqiri ermənilərin özləri ediblər, onlar bizim torpaqlarımızı işğal edərək insanlarımızı amansızcasınza məhv ediblər. Bu şeirimdən sonra çoxları elə bildi ki, mən Qarabağlıyam.

Aldığım məlumata görə artıq Sərkisyanın şeirimdən xəbəri var, ola bilsin ki, məni məhkəməyə versin. Ermənilərin özləri belə onun cinayətkar kimi həbs edilməsini istəyirlər.

- Efirlərdə bəzən sizi gülüş obyektinə  çevirirlər...

- Bəzi aparıcılar reytinq qazanmaq üçün məni tənqid edirlər. Efirlərə baxmağa vaxtım yoxdur. Bəzən özümün çəkildiyim verlişələrə belə baxa bilmirəm. Mən axşamlar toylara  gedib övladlarım üçün pul qazanıram. Olur ki,  hətta  yeməyimi yatağımda yeyirəm. O şairciklər, Rövşanəciklər mənim eynimə deyil. Yəni, başqalarıyla mənim işim yoxdur, yalnız yaradıcılığımla məşğulam. Ola bilsin bun günlərdə rəssamlıqla da məşğul olum..

 - Yeni mahnılar yazırsınızmı?

- Sərkisyana şeir yazdığım gün Nəsiminin bir şeirinə mahnı yazdım.

- Cəmiyyət arasında artıq ciddi insan kimi qəbul edilmirsiz, bəlkə doğrudan da şeir yazmağa son qoyasız?

- Bəyəm Nəsimini də gülüş hədəfinə çevirmədilərmi, peyğəmbərləmizi, o cümlədən İsa peyğəmbərimizi məsxərəyə qoymayıblarmı? Hər kəsə məlumdur ki, başına çələng qoymaqla onu ələ saldılar...

Bəstəkarlar İttifaqının 80 illik yubileyində mənim klassik bir əsərim-8 hissəli süitam trio tərəfindən ifa olundu. Əgər ciddi insan kimi qəbul edilməsəydim məni o tədbirə  heç dəvət etməzdilər.

- Qalmaqallı verlişlərdə tez-tez iştirak edirsiz.

- Bu yaxınlarda ANS-də yayımlanan A-dan Z-yə verlişində oldum. Ordakı aparıcı məni hədələdi ki, verlişi yarımçıq qoyaraq tərk etdiyim üçün məndən qisas alacaq. Beləcə də dediyini etdi. Verliş Aygün Kazımovanın ad günündən sonra efirə getdi. Halbuki, ondan əvvəl çəkilmişdi və sanki belə bir təəssürat yarandı ki, biz yenidən küsmüşük. Bu verlişin ilk sayı idi, aparıcı bilirdi ki, məni efirə çıxardıb qalmaqal yaratmaqla reytinq qazana biləcək. Yəni bizlərdən istifadə edirlər. İndiki verlişlərdə qonaqları canlı yayımda alçaldırlar, sözləri yarımçıq kəsilir və yaxud elə montaj edilir ki, insan baxanda təəcüb edir. Yalvar- yaxarla biz sənətçiləri efirə çıxardırlar, amma efir zamanı münasibətləri dəyişir, sanki efirdən əvvəl bizə yalvaran bunlar olmayıb. Əvvəllər belə deyildi, efirlərdə qonaqlara böyük hörmət edilir, onlara rəğbətlə yanaşırdılar.

-Yazıçılardan kimləri bəyənirsiz?

- Fikirləşirik ki, dahilər gedib, onların yeri boşdur. Ancaq belə deyil, gənc yazıçılarımız var, onların yaradıcılıqlarını bəyənirəm. Bunlardan Kəmalə Rüstəmi, Ramil Mirmehdinin adını çəkə bilərəm. Mən özüm onları taparaq şeirlərinə musiqi bəstələmişəm.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024