Mədəniyyyət (8-12-2021, 11:42)
Fəridə Məmmədova vəfat etdi
Tanınmış tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova dünyasını dəyişib.
“Mediatv.az” xəbər verir ki, bu barədə AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Alim 85 yaşında uzunsürən xəstəlikdən vəfat edib.
AMEA-dan, həmçinin bildirilib ki, bu gün Təzəpir məscidində alimlə vida mərasimi keçiriləcək. O, vəsiyyətinə uyğun olaraq Salyan rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Fəridə Cəfər qızı Məmmədova 1936-cı ilin avqustun 8-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1960-cı ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” şöbəsinin müdiri olub.