Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (29-09-2021, 20:09)
“Kinoteatra yalnız ailəvi gələnlər bir yerdə oturacaq” - Yeni qaydalar

“Kinoteatra yalnız ailəvi gələnlər bir yerdə oturacaq”

Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə teatr və kinoteatrların fəaliyyətinə icazə verilir.

Mediatv.az xəbər verir ki, Trend-in kinoteatrların izləyiclərini hansı qaydada qəbul edəcəyi haqqında suallarını Nizami Kino Mərkəzi, “CinemaPlus” və “Park Cinema”nın mətbuat katibləri cavablandırıb.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, kinoteatrlarda qiymətlərin artıb-artmayacağı müzakirələrdən sonra məlum olacaq. Ara məsafəsi mütləq tətbiq ediləcək. Yalnız ailəvi gələn adamlar bir yerdə oturacaqlar:


“Vətəndaşlarımız biletləri, həmişəki kimi, onlayn və kassadan ala biləcəklər. Kinoteatrlarımızda maska taxmağa gəlincə, foyedə və dəhlizdə mütləq maska taxılmalıdır. Zalda isə maska taxmaq lazım deyil”.

Bildiyiniz kimi, bizim kinoteatrların əksəriyyəti iri ticarət mərkəzlərində yerləşir. Buna görə də kinoteatr əməkdaşları COVİD pasportlarını yoxlamayacaq. Çünki ticarət mərkəzlərinin əməkdaşları içəri yalnız COVİD pasportu olanları buraxırlar. Bəzi kinotetrlarımız var ki, ticarət mərkəzlərindən kənarda yerləşir. Bu halda, mütləq şəkildə COVİD pasportları yoxlanılacaq.

“ParkCinema” kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev isə qeyd edib ki, vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağıdır:

“Biletlərin qiymətinin necə olacağı barədə müzakirələr gedir. Qiymət barədə cədvəli bu gün, ya sabah saytımızda yerləşdirəcəyik.

COVİD pasportlarının yoxlanmasına gəlincə, restoran və kafelərdə necə yoxlanılırsa, kinoteatrlarımızda da həmin qaydada yoxlanılacaq. Qonaqlarımızdan bir xahişim odur ki, kinoteatrlarımıza gələrkən COVİD pasportla yanaşı, öz şəxsiyyət vəsiqələrini də götürsünlər. Maska taxmaq isə ümumi zaldan başqa, bütün yerlərdə məcburi olacaq”.

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova bildirib ki, kinoteatra gələn şəxlərin COVİD pasportu əməkdaşların telefonlarında olan xüsusi proqramla yoxlanılacaq:

“Kassada bilet satışından əvvəl COVİD pasportu yoxlanılacaq. Kinoteatrımızda təlimata əsasən, yanaşı oturulmayacaq. Amma bəzi istisnalar var. Elə olur ki, kinoya baxmağa iki və daha artıq insan bir yerdə gəlir.

İki nəfərdən artıq olmamaq şərtilə yanbayan bilet satıla bilər. Buna baxmayaraq, bizə rəsmi təlimat gəlməyib. Kinoteatr heyəti olaraq fikirləşirik ki, cüt olan tamaşaçıları bir yerdə oturtmaq olar.

Çalışacağıq ki, ailəvi gələnlər isə tam yanaşı oturmasınlar. Bir ailədən beş-altı nəfər gəlibsə, onların iki-iki oturmasına şərait yaradılacaq. Təlimata əsasən, digər tamaşaçıları tək-tək, şahmat üsulu ilə əyləşdirəcəyik. Buna tam nəzarət edəcəyik.

Kassada, zalların qarşısında, girişdə maskalar, dezinfeksiya məhlulları yerləşdiriləcək. Hər seansdan sonra zalın havalandırılmasına xüsusi fikir veriləcək”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024