Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (22-06-2021, 20:14)
Şuşadakı abidələrin elektron xəritəsi hazırlanıb

 “İşğaldan azad olunmuş rayonlarımızda mütəxəssislərimiz tərəfindən invertarlaşdırma və mühafizə məqsədilə monitorinqlər aparılıb. Bu günədək 1500-ə yaxın abidənin monitorinqi başa çatdırılıb. Bu fəaliyyət davam edir”.

“Mediatv.az” xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib.

O qeyd edib ki, abidələrin əksəriyyəti dağıdılıb, yalnız qalıqları qalıb:“Hətta kilsələr üzərində belə vandalizm aktları var, abidələrin bir çoxunun erməniləşdirilməsi, özününküləşdirilməsi halları da qeydə alınıb”.

Azad Cəfərli bildirib ki, monitorinqin nəticələrinə uyğun olaraq növbəti strateji bərpa prosesi dəqiqləşdirilir və bu işdə aidiyyəti dövlət orqanları ilə sıx əlaqələr qurulub.

“Artıq Şuşa şəhəri üzrə inventarlaşdırma tam başa çatdırılıb. Həmin abidələrin elektron xəritəsi də mövcuddur. Bu xəritə “Google earth” proqramı əsasında qurulub.

Tezliklə onun da təqdimatı keçiriləcək. Gələcəkdə isə bu proqramın ictimaiyyətə açıq versiyasının olmasını da hazırlamağı düşünürük”, - deyə o əlavə edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun işğaldan azad olunmuş rayonlarımıza səfərinə də toxunan Dövlət Xidmətinin rəisi diqqətə çatdırıb ki, bu səfər Azərbaycan həqiqətlərini, eləcə də, erməni vandalizmini, dağıntıları, mənimsəmə faktlarını dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq baxımından xüsusi önəm daşıyır.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024