Mədəniyyyət (15-05-2021, 09:30)
“Şuşa da sevinirdi ki, sahibləri qayıdıb” - Xalq artisti
“Şuşada, Cıdır düzündə hamı özünü çox gözəl, xoşbəxt hesab edir. Bunu sözlə ifadə etmək mümkün deyil”.
Bu sözləri Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov iştirak etdiyi “Xarıbülbül” festivalı haqda Musavat.com-a danışarkən bildirib. Xalq artisti Şuşada möhtəşəm tarixi günlər və anlar yaşadığını deyib:
“32 ildən sonra “Xarıbülbül” festivalı yenidən bərpa olundu. Özü də harada - Cıdır düzündə, möhtəşəm mənzərəli yerdə. Biz sənətkarlar üçün həmin səhnə dünyanın ən möhtəşəm səhnəsi idi.
Hava da o qədər gözəl idi ki, təsəvvür edin qaralmışıq. Sanki Şuşa da sevinirdi ki, onun sahibləri qayıdıb. Sözün əsl mənasında bu həm də dünyaya bir mesaj idi ki, bu torpağın sahibləri Azərbaycandır
Festivaldan sonra edilən atəşfəşanlıqdan Qarabağ titrəyirdi. Xankəndindən ermənilərin hamısı evlərindən bu atəşfəşanlığı izləyir, bağırları partlayırdı”.
Mənsum İbrahimov Qarabağın, Şuşanın gözəl səslər məskəni olmasından da danışıb:
“Şuşa, Qarabağ səsin məskəndir. Bu isə orada olan abı-hava ilə bağlıdır. Axı Qarabağda rütubət yoxdur. Rəhmətlik alimimiz Xudu Məmmədov da araşdırmışdı ki, axı niyə Qarabağdan çox gözəl səslər çıxır. Axı o havadan digər bölgələrimizdə də var. Sonda bu qənaətə gəldi ki, Qarabağın bütün dağ süxurları əhənglə əhatə olunub. Əhəng də bildiyiniz kimi havada olan rütubəti özünə çəkir. Yəni dağların süxurları daha çox əhəng süxurlarıdır. Ona görə də oradakı insanların ciyərləri daha sağlamıdır və daha gözəl səslə ifa edirlər. Orada əyləşmişdim, həmkarlarıma deyirdim ki, heç bilirsiniz biz haradayıq – Şuşada, Cıdır düzündə. Ötən il mənfur qonşularımız orada yallı gedirdi... Şükür qovuşdurana. Bu xoşbəxtliyə görə müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana borcluyuq”.
Xalq artisti Şuşada böyük quruculuq işlərinin getdiyini vurğulayıb:
“Hazırda Şuşada kütləvi şəkildə quruculuq işləri gedir. Yollar çəkilir, abidələr bərpa olunur və sairə. Orada işləyən insanlar da işlərini böyük məhəbbətlə görürlər. Təsəvvür edin, Şuşada bir-birini tanımayan insanlar belə bir-birlərini təbrik edir, hamısının üzü gülür. İnsanlar illərdir ki, bunun arzusunda idi və həmin gün gəlib çatdı.
Bildiyiniz kimi sentyabrdan artıq yollar hazır olacaq, insanlar rahat şəkildə yavaş-yavaş Şuşaya qayıdacaq, onu gözəl havasını udacaq.
Xalqımızın gözü aydın olsun!”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024