Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (12-12-2022, 18:23)
Əməkdar jurnalistdən Volkova ÇAĞIRIŞ: “Qonaq gələr quş kimi, oturmaz bayquş kimi”

 
Laçın dəhlizində baş verən hadisələr, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Rusiya sülhməramlılarına qarşı etirazları ölkədə sözün müsbət mənasında əməlli-başlı səs-küy yaradıb. Belə ki, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar vətəndaşlarımızın etirazını yüksək qiymətləndirərək, onlara öz dəstəklərini ifadə ediblər. Bu etirazların həm rusiyalı sülhməramlılara, həm də onların havadarlıq etdiyi separatçılara bir dərs olacağı haqda fikirlər səsləndirənlərin sayı da az deyil.
Mövzunu KONKRET.az-a şərh edən əməkdar jurnalist Rəşad Nəsirov bildirib ki, işğaldan azad olunan Dağlıq Qarabağda 30 ildən bəri törədilən ekoloji terrorun monitorinqini həyata keçirmək üçün ekoloqlarımızın və digər dövlət qurumları nümayəndələrinin ərazilərdə işinə süni maneələrin törədilməsi Rusiya sülhməramlı kontingentinin müstəqil Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizliyi kimi qiymətləndirilməlidir: “Son prosseslər açıq şəkildə göstərir ki, bir dövlətin müstəqilliyini tapdalayan digər dövlətin əli qanlı əsgəri sülhməramlı missiyasında çıxış edə bilməz.
Axı işğalçı, dinc sakinləri qətlə yetirən, beynəlxalq hüquq tərəfindən tanınan suveren ölkənin ərazilərini qondarma referendumlarla mənimsəyən dövlətin ordusu necə sülhsevər ola bilər?! Bu, absurddur. Hazırda Rusiyanın özünə Ukrayna və digər qonşu dövlətlərlə münasibətlərini aydınlaşdırmaq üçün vasitəçilər, sülhməramlılar lazımdır. Digər tərəfdən, sülhməramlı korpus hər hansısa qeyri-hökumət təşkilatı deyil, birbaşa hazırki Rusiya hakimiyyətinin əmrinə tabe olan hərbi bölükdür. Odur ki, general Volkovun son zamanlar özünü belə müəmmalı aparması birbaşa rəsmi Moskvanın mövqeyi kimi qiymətləndirilə bilər”.

Rəşad Nəsirov əlavə edib ki, Azərbaycanda müvəqqəti yerləşdirilən sülhməramlıların missiyası və vəzifəsi Qarabağda 10 noyabr razılaşmasının icrasına dəstək göstərməkdən ibarət olmalı idi: “Yəni onlar dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulan vəzifələrin icrasına dəstək göstərməli idilər. Hazırda isə Qarabağdakı Rusiya ordusu süni maneələr reallaşdırmağa çalışan bir hərbi birləşmə təəsüratı yaradır.
Fikrimcə, məramı olmayan ordunun sülhü təmin etməyə haqqı yoxdur. Həm də ki, müstəqil və güclü dövlətimiz özü vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. General Volkova isə Azərbaycan atalarının bir sözünü çatdırmaq istərdim: “Qonaq gələr quş kimi, oturmaz bayquş kimi”.
Müşviq Tofiqoğlu,
KONKRET.azшаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024