Mədəniyyyət (7-09-2022, 15:00)
Sadıqcanın evi bərpa olunacaq - Sərəncam
Prezident İlham Əliyev Şuşa şəhərində görkəmli tarzən, bəstəkar Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
“Mediatv.az” xəbər verir ki, Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda qeyd edilir: “Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılsın.