Mediatv.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz, 14-17 yaşda olan uşaqların sayı isə 31,8 faiz artıb. Cari ilin yanvar-iyun ayları ərzində qadınlar tərəfindən, onların iştirakı ilə və onlara qarşı törədilmiş cinayətlərin sayı müvafiq olaraq 12,0 faiz, 2,0 dəfə və 17,6 faiz artıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən, onların iştirakı ilə və onlara qarşı törədilən cinayətlərin sayı da müvafiq olaraq 17,3 faiz, 2,2 dəfə və 17,1 faiz artımla müşahidə olunub.