Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (27-10-2021, 17:47)
Rövşən Əkbərova hökm oxundu - Yenilənib


Rövşən Əkbərova hökm oxundu


Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərova hökm oxunub.

"Mediatv.az” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə R.Əkbərovun vəkili Rüstəm Zülfüqarov çıxış edərək müvəkkilinin cinayəti törətdiyinə dair sübut olmadığı üçün üçün ona bəraət verilməsini istəyib: “Rövşən Əkbərov hadisə günü ailəsi ilə birlikdə evdə olduğunu deyir. Amma istintaq orqanı onun ailə üzvlərini şahid kimi dindirməyib. Bundan başqa Rövşən Əkbərova məxsus avtomobilin hadisə günü “Sikora” kafesinin qarşısında olmasına dair ittiham tərəfinin heç bir sübutu yoxdur. Şahid ifadələrində ona məxsus xidməti avtomobilin cinayət günü Kiyevdəki Azərbaycan səfirliyinin həyətində olduğu göstərilib. Hadisənin yeganə şahidi Məzahir Şıxəliyev 3 gün polis bölməsində saxlanılıb və bu müddətdə Rövşən Əkbərovun adını çəkməyib. Lakin Nazim İbrahimov Kiyevə gələndən sonra qəribədir ki, Rövşən Əkbərovun adı cinayətdə hallanmağa başlayıb”.

Daha sonra Rövşən Əkbərov son sözlə çıxış edib: “Mən hadisə günü o kafedə, ümumiyyətlə, olmamışam. Həmin axşamı evdə ailə üzvlərimlə keçirmişəm. Səhəri günü tezdən mənə zəng olunub ki, Elçin Əliyevi öldürüblər. Hadisə günü orada olduğu deyilən Məzahir Şıxəliyevi həyatım boyu görməmişəm, tanımıram. Mənə bəraət verilməsini xahiş edirəm”.


Daha sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıblar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024