Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (23-10-2021, 16:00)
Saxta Covid-19 pasportu satan şəxslər iş başında tutuldu


Saxta Covid-19 pasportu satan şəxslər iş başında tutuldu


Paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində müəyyən edilib ki, Lerik rayon sakini Eminəli Həşimov Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta Covid-19 pasportları satıb.

Daxili İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və 2 nəfər ailə üzü üçün 3 ədəd saxta Covid-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan özü ilə birlikdə Bakı şəhərinə gələrək burada yaşayan, lakin qeyd edilən rayonda qeydiyyatda olan 79 şəxsin adına tərtib olunmuş saxta “Covid-19” pasportu gətirib. Bu şəxsdən həmin pasportlar aşkar olunaraq maddi sübut kimi götürülüb.


Əməliyyat tədbirlərinin davamı olaraq Eminəli Həşimovun üzərində olan mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatında olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrin şəkili, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024