Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (13-11-2014, 22:26)
Cibgirliklə məşğul olan bir ailənin 4 üzvü saxlanıldı

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları daha bir uğurlu əməliyyat həyata keçirərək çoxsaylı cibgirlik cinayətləri törətməkdə təqsirli bilinən 4 nəfəri yaxalayıb. Bir qrup şəxsin paytaxt ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarında cibgirliklə məşğul olması barədə baş idarəyə məlumat daxil olub.

Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində bir ailənin 4 üzvü - Sumqayıt şəhər sakinləri - 20 yaşlı Məcid Şamilov, onun nənəsi, 63 yaşlı Məleykə Şamilova, anası, 44 yaşlı Mətanət Şamilova və əmisi arvadı, 41 yaşlı Natavan Şamilova cinayət başındaca yaxalanıblar. Onların üstündən cibgirlik yolu ilə əldə etdikləri qadın pul kisələri, mobil telefonlar, külli miqdarda nağd pul və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər hər gün Sumqayıtdan Bakı şəhərinə gələrək çoxsaylı cibgirlik cinayətləri törədiblər. Məcid Şamilov ifadəsində qeyd edib ki, özünə məxsus avtomobillə nənəsini, anasını və dayısı arvadını paytaxta gətirərək avtobus dayanacaqlarında düşürüb. Qadınlar sərnişinlərin sıx olduğu avtobuslara mindikdə isə avtomobili onların arxası ilə sürərək güdməyə başlayıb. Sərnişinləri soyan qadınlar növbəti dayanacaqda düşdükdə Məcid Şamilov onları avtomobili ilə başqa dayanacaqlara aparıb. Günün sonunda isə cibgirlik yolu ilə əldə edilən pullar bölüşdürülüb: «Avtobus dayanacaqlarında saxlayırdım. Nənə minirdi, düşürdü. Məndə onun dalınca gedirdim. Bir neçə astanofkadan sonra düşürdü, sonra minirdi başqa avtobusa, sonra otururdu mənim maşınıma. Nənəm də mənə həm benzin pulu, həm də cibxərcliyi verirdi».

Araşdırmalar zamanı məlum olub ki, avtobuslarda sərnişinlərin ciblərini əsasən Məleykə Şamilova soyub. Onun qızı Mətanət Şamilova və gəlini Natavan isə sadəcə vətəndaşların başını qataraq cinayətlərə şərait yaradıblar. Polis əməkdaşları cibgir qohumları bir qədər izləyiblər, sonuncu dəfə isə qadınlar avtobusdan düşüb avtomobilə minmək istəyərkən yaxalanıblar: «Nənə ilə mindi avtobusa. Getdilər xeyli. Sonra düşdülər.Hamımız öz maşınımızda idik. Nənə ilə bibi bir maşında oturmuşdu. Mama düşdü mağazaya. Sok və başqa şeylər alanda polislər bizi tutdular».

Saxlanılarkən həmçinin Məcid Şamilovdan 5 qrama yaxın həşiş qətranı da aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də cibgirlik cinayətləri törətdikləri üçün dəfələrlə məhkum olunublar. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş vətəndaşlardan Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Arif

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024