Kriminal (26-04-2018, 11:27)
Bakıda ofisə silahlı basqın
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Mediatv.az “Report”a istinadən xəbər verir ki, hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən ofisə qarət məqsədi ilə edilən basqın zamanı qeydə alınıb.
Maskalı şəxs ofisə daxil olaraq oradakı seyfdən pulları aparmaq istəyib. Bu zaman onun qarşısına 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğlu çıxıb və onun bu əməlinin qarşısınıa alarkən, naməlum şəxs ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Hadisə zamanı bıçaqlanan 1989-cu il təvəllüdlü Tərxan Namazov “ZD Travel” şirkətinin xəzinədarıdır. Naməlum şəxs onu bıçaqlayıb və üzərində olan 20 min manat pulu götürərək qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.