Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (21-06-2014, 20:45)
Polis rəisi söyüş üstündə bıçaqlanıb - Təfərrüat

Polis rəisi söyüş üstündə bıçaqlanıb - Təfərrüat

 

Ötən gün Xutor qəsəbəsində DİN Binəqədi Polis İdarəsinin 5-ci bölməsinin rəisi Anar Şıxəliyevin bıçaqlandığı barədə məlumatlar yayıldı. Həmin məlumatlarda bildirilirdi ki, 5-ci bölməsinin rəisi Anar Şıxəliyev guya keçirilən əməliyyatların birində bıçaqlanlıb. 

 

“Mediatv.az”a hadisənin təfərrüatları ilə bağlı daxil olan məlumatda insidentin başqa səbəbdən baş verdiyi bildirilib.

Daxil olan məlumata görə, Binəqədi Polisində çalışan sıravi polislər yaxınlıqda yaşayan yerli sakinlərlə söhbət zamanı bildiriblər ki, həmin gün heç bir əməliyyat filan olmayıb və Anar Şıxəliyev heç iş yerində olmayıb. İddia olunur ki, çox nadir hallarda işə gələn Anar Şıxəliyev ümumiyyətlə davranışına və sürdüyü həyat tərzinə görə polis sisteminə yad bir insandır.

Onun daxili işlər naziri Ramil Usubovun qohumu olduğu bildirilir. Anar Şıxəliyev bu qohumluq əlaqələrindən istifadə edir. Hətta o da iddia olunur ki, Anar Şıxəliyevi tez-tez şəhərin bahalı restoran və əyləncə mərkəzlərində görmək mümkündür.

Hadisə baş verən gün isə Anar Şıxəliyev dostunun “Mercedes Galenvagen” markalı avtomobili ilə Xutor qəsəbəsində “avtoş”luq edərkən yerli sakinlərin etirazı ilə qarşılaşıb və tərəflər arasında mübahisə yaranıb. Yüngül içkili olan Anar Şıxəliyev yerli sakinləri nalayiq söyüşlərlə təhqir etdiyinə görə, çavanlardan biri ona bıçaq xəsarəti yetirib.

Məlumatda bildirilir ki, DİN rəhbərliyi bu hadisənin mətbuata sızmasından narahat olub və hadisəni əməliyyat kimi ictimaiyyətə təqdim edib. Halbuki, həmin gün Binəqədi polisində heç bir əməliyyat tədbirləri həyata keçirilməyib. “Bu, sadəcə Anar Şıxəliyevin növbəti nadincliyinin nəticəsi idi” – deyə, məlumatda bildirilib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024