Kriminal (20-09-2017, 14:40)
Vəkili Akif Çovdarova bəraət istədi
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Sadiq Rəsulov çıxışı edir. O, A. Çovdarova qarşı qaldırılan ittihamların əsassız olduğunu deyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Vəkil çıxışını davam etdirir.
Qeyd edək ki, ötən iclasda prokuror təqsirləndirilən şəxslərdən Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Akif Əliyevin 9 il, Orxan Osmanovun isə 9 il il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.