Paytaxtda qətl törədilib.
Mediatv.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bayıl qəsəbəsi Xanlar küçəsi, ev 10, mənzil 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Məzahir Qasımi həyat yoldaşı Fərizəyə balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M. Qasımi saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.