Kriminal (14-07-2016, 19:14)
Röyanın keçmiş əri vəhşicəsinə döyüldü
Bir neçə gün əvvəl “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu, müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilov vəhşicəsinə döyülüb.
Mediatv.az xəbər verir ki, AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. Hadisə nəticəsində Anar Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Bir neçə nəfər tərəfindən döyülən Anarın sifəti darmadağın edilib. Döyülən şəxslər aldıqları ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı Nəsimi rayon polis idarəsində cinayət işi açılıb. Hadisəni törədən mühafizəçilər saxlanılıblar. Onlar ifadələrində bildiriblər ki, Anarın döyülməsinin səbəbi həddindən artıq sərxoş vəziyyətdə kluba daxil olmaq istəməsi və orada qadınlara qarşı nalayiq ifadələr işlətməsi olub. Guya, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Anar sakitləşməyib, əksinə mühafizəçilərin üzərinə hücum edib.
Hazırda idarənin istintaq şöbəsində faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Nəsimi rayon polis idarəsi istintaq prosesi barədə heç bir rəsmi məlumat verməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də suallardan yayınıb. O, hadisəni dəqiqləşdirmək üçün vaxt istəyib. Lakin dünəndən bu günə qədər edilən çox saylı zənglərdən heç birinə cavab verməyib…