Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (27-08-2015, 16:52)
Keçmiş arvadını öncə bıçaqlayıb, sonra boğdu – 17 il 6 ay həbs aldı

Keçmiş arvadını öncə bıçaqlayıb, sonra boğdu – 17 il 6 ay həbs aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öncə bıçaqlayıb, sonra küçədə boğub öldürən 1989-cu il təvəllüdlü Elşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

 

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Elşən Mehdiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 12-də  Suraxanı rayonu ərazisində, "Zığ bağları" adlanan yaşayış məntəqəsində baş verib. 

1989-cu il təvəllüdlü Mehdiyev Elşən İlqar oğlu keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Salmanova İntima Bandit qızını amansızlıqla qətlə yetirib. Elşən Mehdiyevlə İntima Salmanova boşanıblar və qadın atasının evinə gedib. Dekabrın 12-də ər və arvad görüşüb. Onlar "Zığ bağları" massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib. 

Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024