Kriminal (11-05-2015, 19:10)
Dələduzluğa görə həbs olunan qadının işi yenidən MƏHKƏMƏDƏ
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Reyhan Ağayevanın şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.Mediatv.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 14-nə təyin edilib.
Qeyd edək ki, R. Ağayeva dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyib. O, uzun müddət axtarışda olub. R. Ağayevanı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşları saxlayıblar. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan R. Ağayeva keçən il aprelin 15-də tutularaq istintaqa verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində R. Ağayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan R. Ağayeva məhkəmə zalında həbs edilib.
Hökmlə razılaşmayan R. Ağayeva apellyasiya şikayəti verib.