Kriminal (17-04-2015, 17:59)
Evə hücum edib yaşlı ər-arvada işgəncə verdilər - Video
"Dedim ki, bizi öldürməyin, pulun yerini deyək"
Gecə saatlarında Goranboy rayonunda quldurluq faktı qeydə alınıb. Hadisə zamanı ev sahibi və onun yaşlı həyat yoldaşı naməlum şəxslər tərəfindən döyülüb.
Hadisə Goranboyun Nadirkənd kəndində Oktay Məmmədova məxsus evdə qeydə alınıb. Evə daxil olan iki nəfər maskalı şəxs qoca ər-arvadın əl-qolunu və ağzını bağlayaraq bıçaqla hədələyərək onlara xəsarətlər yetiriblər. İşgəncəyə dözməyən ev sahibləri sonda pulun yerini onlara demək məcburiyyətində qalıblar.
Ev sahiblərinin əl-qolunu bağladıqdan sonra onlara zorakılıq göstərən şəxslər otağa girərək əşyaların altını üstünə çevirdikdən sonra şkafdan 1400 manat pul götürərək hadisə yerini tərk ediblər.
Quldurlar pulla yanaşı Ölkə Məmmədovaya məxsus qızıl üzük, sırğa və mobil telefon da götürüblər.
Ölkə Məmmədova deyib: "Ağzımı, ayağımı, əlimi yapışqan lentlə bağladı, sonra da yıxıb təpik vurdular. Sonra başladılar kişini döyməyə, onun da əl-qolunu bağladıqdan sonra bir neçə yerinə bıçaq zərbələri vurdular. Mən də dedim ki, bizi öldürməyin, pulun yerini deyək, gedin götürün bizdən əl çəkin”.
Pulları götürdükdən sonra ev sahiblərinə sağ ol deməyi unutmayan şəxslər elə gəldikləri kimi evi tərk ediblər. Məlum hadisədən qonşular bir neçə saatdan sonra xəbər tutublar.
Oktay Məmmədov: "Bıçaqla bütün döşəkləri çırdılar, axtarış apardılar evdə. Sonra biri dedi ki, pulları tapdım, gedək. Bizə dedilər ki, sağ olun, bizə pul yaman lazım idi. Mən də dedim, aparın Allah xeyir versin”.
Hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində quldurluq hadisəsini törədən şəxslərin tapılaraq istintaqa verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır (Region TV).
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024