Kriminal (Bu gün, 15:06)
Nazir müavininin “sürücüsünə“ hökm oxundu - O, İdris İsayevin adından necə istifadə edilib?

Qaynarinfo xəbər verir ki, Mingəşevir Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.2-ci (Dələduzluq – təkrar törədildikdə) maddələri ilə mühakimə olunan Şakir adlı şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından məlum olur ki, Şakir özünü qurbanlarına Azər Əliyev kimi təqdim edərək İdris İsayevin sürücüsü olduğunu və onları istənilən təhsil müəssisəsində işə düzəldə biləcəyini deyirmiş. O, əməllərini əsasən Mingəçevir şəhərində həyata keçirirmiş.
Şakirlə yanaşı, onunla qeyri-rəsmi nikahda olan Həlimə Hicranova (ad və soyad şərtidir) cinayət məsuliyyətinə cəlb edilib. İstintaq materiallarından məlum olur ki, onlar əlbir hərəkət ediblər.
Həlimə Hicranova da Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə mühakimə olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zamanı Şakir verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, Həlimə Hicranova təqsirini etiraf edib. Onun ifadəsindən məlum olub ki, Şakirin məhkəmədə dedikləri özünümüdafiə xarakteri daşıyıb. İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025