Kriminal (Dünən, 21:40)
Bakı hava limanında iş adamı narkotiklə saxlanıldı: Həbs edildi

Qaynarinfo-nun məlumatına görə, 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş Əliyusif Xəlilovun Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Əliyusif Xəlilov qanuni təmsilçisi olduğu şirkətin Türkiyənin İstanbul şəhərində filialı olduğu üçün sözügedən ölkəyə gedirmiş. Psixotrop maddə olan metamfetamindən istifadə etdiyi üçün iş adamı üzərində Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq məqsədilə həmin vasitəni gizlədib.
O, çətinləşdirən üsullardan istifadə etməklə psixotrop maddənin 1,408 qramını sellofan bükümdə qablaşdıraraq eynək qabının içərisində çiyin çantasına, 0,357 qramını isə kassa qəbzinə bükərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin cibinə yerləşdirib.
Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əliyusif Xəlilov məhkəmədə əməlindən peşman olduğunu bildirərək barəsində təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Əliyusif Xəlilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
19 10 2025