Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 08:12)
Dəhşətli qətlin detalları - “İllərdir birlikdə çörək yeyirlər” +Video

dehsetli-qetlin-detallari

“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı İsgəndər Əliyevin yaşadığı evdə otaq yoldaşları Fazil Feyzullayev və Ülvi Abasov tərəfindən amansızlıqla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Qonşuların sözlərinə görə, ilkin olaraq mərhumun qardaşları onun yaşadığı ünvana gedərək yoxa çıxması barədə sakinlərə məlumat veriblər:

“İllərdir birlikdə çörək yeyirlər, işləyirlər. Niyə belə hadisə baş verib bilmirəm. İsgəndər yaxşı adam idi. Qardaşları gəldi mənimlə görüşüb dedilər ki, dayı İsgəndər itib”.

Onların sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxslər qurbanın mobil telefonunu da iz itirmək üçün Ağsuya aparıblar.

Ətraflı “Baku TV”nin süjetində:





шаблоны для dle 11.2

Xəbər lenti
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025