Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (29-03-2025, 08:50)
Qadın 69 yaşlı kənd mollasının üzünə benzin tökdü- FİLM KİMİ HADİSƏ...

 Kürdəmir rayonunun Karrar kəndində 55 yaşlı Sevda adlı qadın kəndin mollası kimi tanınan 69 yaşlı Sərhəd Orucovun üzünə benzin töküb.
 
Hadisə tərəflər arasında baş verən mübahisəyə görə olub.
 
Sevda adlı xanım iddia edib ki, 3 il əvvəl Sərhəd Orucov onun evindən 2100 manat dəyərində oğurluq edib. Pulun 600 manatını qaytarsa da qalan məbləği ödəməyib. Buna görə də aralarında dəfələrlə mübahisə yaranıb.
 
Onun sözlərinə görə, Sərhəd Orucovdan pulunu tələb edəndə onun tərəfindən təhqir edilib.
 
Sonuncu mübahisə də buna görə baş verib. Sevda adlı xanım iddia edib ki, Sərhəd Orucovdan pulunu istəyən zaman yenə onu təhqir edib. O da əlində olan benzini onun sifətinə atıb.
 
Molla təqsirləndirilən qadının iddiaları ilə razılşamayaraq oğurluq etmədiyini deyib.
 
Ekspertiza rəyinə görə Sərhəd Orucov sağ gözün hiperemiyası və görmənin zəifləməsi xəsarəti alıb. Tərəflər arasında barışıq olmayıb.
 
Məhkəmənin hökmü ilə 55 yaşlı qadın 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
30 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025