Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 09:22)
“Şlyapa Zahid” bəraət istəyir - TƏFƏRRÜAT

 “Şlyapa Zahid” bəraət istəyir
Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 5-nə təyin edilib.

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: “Şlyapa Zahid” kimi tanınan Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilərək azadlığa buraxılıb.

Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə “Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan məhrum edilib.

İttihamları nə “Şlyapa Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.

Xatırlatma: Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması gedir.

Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi məşhurlaşıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
1 12 2024
1 12 2024
1 12 2024
1 12 2024