Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (17-08-2024, 13:43)
Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

mikayil-ismayilovun-oglunun-fidanla-bagli-100-minlik-telebi-redd-edildi


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orxan İsmayılzadənin Fidan Abbasovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair mülki iddiası rədd edilib. Belə ki, M.İsmayılovun oğlu F.Abbasovanın onun barəsində şəxsi həyata dair məlumatlar yaymaqla nüfuzunu ləkələdiyini bildirib və 100 min manat təzminat tələb edib. Lakin Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə iddia rədd edilib..Əldə etdiyimiz digər məlumata görə, hazırda Sabunçu Rayon Məkəməsində Fidan Abbasovanın övladının atalıq hüququ ilə bağlı da məhkəmə prosesi davam edir. Həmin iş üzrə məhkəmə Orxan İsmayılzadənin uşağın atası olub-olmaması barədə genetik ekspertiza təyin edib və yaxın vaxtlarda rəy açıqlanacaq.

Qeyd edək ki, Fidan Abbasova bir neçə ay əvvəl mediaya müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənib.

F.Abbasova açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib. Bildirib ki, vəkil vasitəsilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.



шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024