Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (2-08-2024, 14:01)
Qoçəli Mahmudovun oğluna qarşı 150 minlik dələduzluq edən şəxs bağlı QƏRAR

Qoçəli Mahmudovun oğluna qarşı 150 minlik dələduzluq edən şəxs bağlı
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səidə Səfərovanın (ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü illə Səidə Səfərova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin hazırkı hökmlə təyin edilmiş cəzası Xətai Rayon Məhkəməsinin hökmü ilə təyin edilən və üzərində saxlanılan 1 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Səidə Səfərova cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişə paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində qeyri-yaşayış sahəsini icarəyə götürüb, həmin qeyri-yaşayış sahəsində “Tibb Mərkəzi” açaraq birlikdə işlətmək adı ilə və onu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib. Səidə Səfərova bu yolla Tosif Mahmudovdan 150 000 manat tələb edib. Lakin qadın həmin şəxsdən ümumilikdə 89 200 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə iclasında Səidə Səfərova elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərib ki, 2022-ci ilin sonlarında “Facebook”da zərərçəkmiş Tosif Mahmudovla tanış olub. Həmin tanışlıqdan bir müddət sonra “Nizami” kinoteatrının qarşısında görüşüb və Tosifə məxsus “Mercedes-Benz S klass” markalı avtomobillə “Ağ Şəhər” yaşayış kompleksinə gedib, orada “The Point” restoranında oturub.

Qeyd: Məlumata görə, iş üzrə zərərçəkmiş Tosif Mahmudov “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin rəisi Qoçəli Mahmudovun oğludur. Eyni zamanda, Qoçəli Mahmudovun qaynı Daşqın İskəndərov SOCAR prezidentinin müşaviridir.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024