Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (18-07-2024, 12:45)
Rüşvət ittihamı ilə həbsdə yatan keçmiş məmur bəraət istəyir

Rüşvət ittihamı ilə həbsdə yatan keçmiş məmur bəraət istəyir
Rüşvətdə ittiham edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Amil Abdullayevin və həmin idarədə meşəbəyi kimi çalışmış Fədail Babayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 19-na təyin edilib.

Qeyd: Lənkəran Ağır Cinayətlər Məhkəməsi keçmiş məmur A.Abdullayevi Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü (Vəzifə səlahiyyətlərindən su-istifadə və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilib. Ona 9 il həbs cəzası təyin edilib. A.Abdullayevlə birgə təqsirləndirilən və həmin idarədə meşəbəyi kimi çalışmış F.Babayev isə cinayətdə iştirakda təqsirli bilinib. Ona 8 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Xatırlatma: A.Abdullayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla tutulmuşdu. İstintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024