Kriminal / Slayd / Redaktor seçimi (7-07-2024, 20:11)
UNİVERSİTETİN "QİYABİÇİ" REKTORU
Mediatv.az-ın eletron poçtuna ADAU-nun bir qrup professor-müəllim heyəti adından müraciət daxil olub.Müraciətçilər yazır: Bir neçə gündür ki, sosial şəbəkələrdə Şəlalə Zeynalovanın Azərbaycan Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər tirajlanır.
Məlumat üçün bildirmək istəyirik ki, Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir.
Digər tərəfdən dekan seçki prosesində seçilməlidir.
Kim hansı rəhbər vəzifəyə təyin olunursa, dərhal oranı talamağa, ağlına gələn qərarları verməyə və oranı ata mülki kimi istədiyi formada idarə etməyə başlayır. Maraqlıdır ki, Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verdi. Həm də bu xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də götürdü.
Zəfər Qurbanov öz maraqları xatirinə bir-birinə uyğun gəlməsə belə müxtəlif kafedraları birləşdirir. Məlumdur ki, "Meşəçilik" kafedrası çox spesifik bir kafedradır. Bu gün bütün dünyada qlobal istiləşmə prosesi gedir. Onun qarşısının alınması, ekoloji tarazlığın qorunması, torpaq sürüşmələri, yağıntıların miqdarının artması, sel, daşqın və s-in qarşısının alınmsı üçün meşələr çox vacibdir. Bu kafedraya isə ulu öndər Heydər Əliyevin göndərişi ilə Rusiyada təhsil almış, keçmiş İttifaq miqyasında tanınmış insan Vidadi Səmədov rəhbərlik edirdi. Vidadi Səmədov tələbələr ttərəfindən sevilən, savadlı və həddindən artıq tələbkar müəllimdir. Zəfər Qurbanovun özbaşınalıqlarına etiraz etdiyi üçün rektor onun rəhbərlik etdiyi kafedranı ləğv edərək korrupsioner, adı saxta diplom satışı və saxta tələbə qəbullarında hallandırılan Musa Bayramovun kafedrasına birləşdirdi.
Eləcə də "Texniki mexanika" və "Maşın mühəndisliyi və standartlaşdırma" kafedraları da bir-birinə uyğun gəlməsə də Zəfər Qutbanov tərəfindən birləşdirilməyə məruz qalıb. Habelə, "Elektroenergetika" və "Elektrik mühəndisliyi" kafedraları da birləşdirilib. Birləşdirilən kafedralr üçün müdirlik vəzifəsi auksiona çıxarılb. Hərrac kimi kim çox pul versə, müdir vəifəsinə də o seçiləcək.
Rektor Zəfər Qurbanov son iki ayda universitetdə cəmi 8 dəfə olub. Həmişə xarici ölkələrdə gəzməkdədir. Türkiyədən vurur Avstriyadan çıxır. Hal-hazırda isə on gündən artıqdır ki, Portuqaliyadadır. Universitet əməkdaşları iyul ayının 15-dən məzuniyyətə çıxır. Zəfər Qurbanov isə Portuqaliyadan məlumat göndərib ki, heç kim məzuniyyətə çıxmasın, ayın 15-də Portuqaliyadan qayıdıb Uçxozda Elmi Şura keçirəcəm. Universitetin kifayət qədər iclas zalları olduğu halda, uzaq bir yerdə Günəşin altda, çölün ortasında Elmi şura keçirməyin görəsən mənası nədir?
Aydındır ki, tibb təhsili olmayan, tibbdən xəbərsiz bir adamı Tibb universitetinə rektor qoymaq olmaz. Eləcə də aqrar təhsili olmayan, bu sahəyə tam yabancı adamın Azərbaycan Dövlət Aqrar Universitetində rektor işləməyi ADAU-nu məhvə aparır. Faciəli cəhət ondan ibarətdir ki, Zəfər Qurbanovun idarəetmə işində ətrafına yığdığı şəxslərin əksəriyyəti aqrar sahədən heç bir məlumatı olmayan insanlardan ibarətdir.
Zəfər Qurbanov rektor gələndən ADAU-nun maddi-texniki bazasını dağıtmaqla məşğuldur. Bu gün baytarlıq fakültəsində bivariuma üfunət iyindən girmək mümkün deyil. Onun içərisi alaq otları və müxtəlif zibilliklərlə doludur. Fakültəyə məxsus fermaların hamısı Zəfər Qurbanov tərəfindən satıldı. Bu bivariumda dovşan, siçan, at, qoyun, donuz və s. hamısı əvvəllər ayrı-ayrı seksiyalarda saxlanırdı. İndi isə Zəfər Qurbanov bunların hamısını satıb dağıtmış, bütün müxtəlif heyvanları at, donuz, dovşan, siçan və s. hamısı bir yerdə saxlanıır. Aqrar sahədən, bayarlıqdan tam xəbərsiz adam da bilir ki, bu heyvanları bir yerdə saxlamaq olmaz. Amma universitetin mütəxəssisləri nə qədər iclaslarda bunu neft mühəndisi Zəfər Qurbanova izah edib əsaslandırsalar da bunu eşitmir və bildiyini edir. Artıq tədris prosesində tələbələrə öyrətmək üçün bivaruiuma yığılmış heyvanların bir neçəsi də baxımsızlıqdan ölmüşdür.
Aqrar sahədən və idarəçilikdən xəbərsiz olan Zəfər Qurbanov bilmir ki, o rektor əvəzi təyin olunmamışdan əvvəl sabiq rektor İbrahim Cəfərov bu fermaları necə saxlayırdı? İri buynuzlu və xırda buynuzlu heyvanların yemlərini necə alırdı? İbrahim Cəfərov heyvandarlıqdan da əlavə, quşçuluğun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də onları öyrədirdi. Sabiq rektor İbrahim Cəfərovun dönəmində həm işçilərin sayı çox idi, həm də tədris olunan fənlər üzrə təsərrüfat sahələri çox idi. Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.
Zəfər Qurbanov bir neçə kafedra müdirlərindən İlqar Gəncəyevdən, Azər Xəlilovdan, Aydın İsayevdən çoxlu şikayət olunmasına baxmayaraq, onlar haqqında heç bir tədbir görmür. Amma yaxşı işləyən, məsuliyyətli, çox savadlı olan Hümbətov Hümbəti vəzifəsindən, hətta müəllimlikdən belə çıxartdı.
ADAU-da məzun günü keçirilir, bütün tələbələr gedib sabiq rektor İbrahim Cəfərovun başına toplaşır, onunla şəkil çəkdirir.
Maraqlı odur ki, universitetdəki haqsızlıqlardan şikayət edəndə prorektorlar, şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki? Yaxşı, onda professor müəllim heyəti dərdini kimə desin? Həftənin 4 gününü Bakıda ailəsinin yanında olan, Türkiyədə, Avstriyada, Portuqaliyada gəzməklə rektorluq vəzifəsini idarə edən, işdə tapılmayan qiyabiçi rektoramı??????
Nə edək, qalmışıq sualların əlində. Heç kim bu məsələ ilə qətiyyən maraqlanmır, sanki elə belə də olmalıdır....
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024