Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (28-06-2024, 08:21)
Sabunçuda 31 yaşlı oğlan qətlə yetirildi

sabuncuda-31-yasli-oglan-qetle-yetirildi


Bu barədə DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi qeyd edilib.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

шаблоны для dle 11.2

Xəbər lenti
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
30 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024
29 06 2024