Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (11-06-2024, 15:55)
Şərurda kriminal avtoritetin qardaşını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Şərurda kriminal avtoritetin qardaşını qətlə yetirən şəxsə
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində həmkəndlisi Fariz Ağayevi qətlə yetirməkdə təqsirləndirilən Elvin Zaxarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Zaxarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayının 19-da Şərur rayon Yengicə kəndində baş verib. 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.

Şərurda kriminal avtoritetin qardaşını qətlə yetirən şəxsə

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024