Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (9-04-2024, 11:51)
Vurduğu ziyanın 250 min manatını ödəsə də, hakim ev dustaqlığına buraxmadı

Vurduğu ziyanın 250 min manatını ödəsə də,
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Şahsuvar Həsənovun məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın məlumatına görə, təqsirləndirilənin bacısının əri şahid qismində dindirilib. Məmmədov Elşən Heydər oğlu ifadə verərək bildirib ki, onu Şahsuvarın halı pis olduğu üçün evə çağırıblar: "Zəng gəldi ki, Şahsuvarın halı pisdir, evə gəl, epilepsiyası tutub. Gəldim, dedilər problemi var, pul çatdırmalıdır. Xəstəliyi ilə əlaqədar borc edib. 10 il ərzində 300 min manat borcu yaranıb. Uşağı olmurdu, hər ay müalicəyə pullar xərcləyib. Ayaqqabı yeri var idi, icarəyə işlədirdi. Zərərçəkmişlə görüşmüşük, deyib ki, Şahsuvarın 800 min manat borcu var. Mən Talehdən bağlamada pul götürüb Şahsuvara gətirmişəm, amma bilmirdim nə qədər puldur".

Şahsuvar Həsənovun hüquqlarını müdafiə edən vəkil Azər İbrahimov müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlə çıxış edib: "Zərərçəkən Taleh Bayramovun banka olan 10 min manat borcu da müvəkkilim tərəfindən bağlanıb. Real götürülən 250 min manat ziyan da ödənilib. Şikayətçi həm notarius vasitəsi ilə, həm də yazılı formada ifadəsi ilə barışdığını bildirib. Təqsirləndirilən epilepsiya xəstəsidir. Xahiş edirəm həbs qətimkan tədbirini ev dustaqlığı imkan tədbiri ilə əvəz edəsiniz".

Dövlət ittihamçısı Orxan Səmədov vəkilin vəsatətinin təmin olunub-olunmamasını hakimin mülahizəsinə buraxıb.

Hakim növbəti prosesdə zərərçəkənin iştirakından sonra vəsatətə baxacağını bildirib.

Qeyd edək ki, zərərçəkən Taleh Bayramov cins şalvarların topdan satışı ilə məşğul olub. Təqsirləndirilən Şahsuvarla aralarında biznes əlaqələri olub. Xüsusi külli miqdarda məbləğdə elə biznesə görə verilib.

Proses aprel ayının 15-nə kimi təxirə salınıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024