Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Karusel (6-03-2014, 10:50)
Lökbatanla bağlı cinayət işi açıldı

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli yaşayış binasında təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb. 

 

“Mediatv.az” xəbər verir ki, bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, martın 5-də Lökbatan qəsəbəsində V.Əsgərov keçəsindəki bir neçə yaşayış binasının sakinləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə yerindən daha öncə bildiriblər ki, sakinlərin ən azı 80-dən artığı təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub.

"Azəriqaz"dan" daha öncə Trend-ə verilən məlumata görə, insanların zəhərlənməsi odorant maddəsinin həddən artıq yüksək dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.

"Azəriqaz" İstehsalat Birliyi (İB) və ARDNŞ-nin Qaz İxracı İdarəsi qazın tərkibinə həddən artıq odorant maddəsinin əlavə edilməsinin səbəblərini araşdırır.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sakinlərdən biri dünyasını dəyişib. Lakin onun təbii qazdan zəhərlənmədən və yaxud başqa səbəbdən öldüyü dəqiq bilinmir.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024