Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (25-07-2022, 11:45)
Azərbaycan səhiyyəsinin "tragediya"sı... - HEÇ NƏ DÜZƏLƏNƏ OXŞAMIR..


Bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında "Baku Medikal Plaza " sağlamlıq mərkəzində baş verən korrupsiya halları barəsində məlumat dərc etmişdik. Həmçinin, bildirmişdik ki, şikayətçi, eyni zamanda zərərçəkmiş vətəndaşın redaksiyamıza təqdim etdiyi məlumatları və dəlilləri aidiyyatı qurumlara da göndərəcəyik.

Göndərdik də.

Maşallah, o qurumlardan redaksiyamıza ilk rəsmi cavab göndərən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi oldu.

Bilirik, bu cümləni oxuduqda həmkarlarımız çox təəccüblənəcək. Çünki, bir dövlət qurumunun, mətbuatın vətəndaş şikayəti barəsində göndərdiyi müraciətə 1 aydan tez, yaxud da son bir neçə ildə ümumiyyətlə cavab verməsi təəccüblü haldır.

Amma, yox. Allah var başımızın üstündə, bununla artıq ikinci dəfədir ki, Səhiyyə Nazirliyi göndərdiyimiz müraciətə cavab verir.

Bəlkə də çoxlarınız bununla təzə nazirin işinə məsuliyyətli olduğunu düşünəcəksiniz.

Amma, biraz səbrli və diqqətli oxuyun, o zaman belə düşünməkdə yanıldığınızı görəcəksiniz.

Baxın!

Biri bundan əvvəlki deyil, ondan daha əvvəlki müraciətimiz idi ki, Səhiyyə Nazirliyi cəmi bircə həftəyə cavab göndərdi ki, "Göndərdiyiniz müraciətdə adı çəkilən xəstəxananın bizə aidiyyatı yoxdur. Odur ki, müraciətinizi baxılması üçün aidiyyatı üzrə TƏBİB-ə yönləndiririk."

Ondan sonra Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi barəsindəki müraciətimiz isə az qala iki aydan çoxdur ki, cavabsız qalır.

Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram ...

Çünki, sözügedən müəssisə birbaşa Səhiyyə Nazirliyinə tabedir və məsələyə münasibət bildirməməsindən də bəlli olur ki, nazirlik özü də müəssisədə baş verənlərdən bixəbər deyil. Sonuncu göndərdiyimiz "Baku Medikal Plaza" sağlamlıq Mərkəzində həkim tərəfindən sağlamlığına, üstəlik də "cibinə" ciddi ziyan vurulmuş vətəndaşın şikayəti barəsindəki müraciətə isə bir neçə günlük ara məsafəsindən sonra Səhiyyə Nazirliyindən yenə də cavab gəldi ki, "bu mülki məsələ olduğu üçün vətəndaş məhkəməyə müraciət edə bilər".

Gördüyünüz kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yalnız oturduğu yerdə "ağsaqqal"lıq edir, məsləhətlər verir. Tədbir görməyə gəldikdə isə "ümumiyyətlə belə bir qurum yoxmuş kimi" susur.

Hə, unutmadan, yuxarıda təzə nazirimizin haqqında düşündüklərimizə gəldikdə isə, əvvəla onu deyək ki, nazir təzə deyil. Artıq, uzun müddətdir ki, nazir kürsüsü boş olduğu müddətdə Teymur Musayev bu vəzifəni əvəzedici olaraq, idarə edirdi (əgər buna "idarə etmək" demək olarsa). Prezidentin qərarı isə Teymur Musayevin sadəcə el dili ilə desək, "kreslosu"nu (kürsüsü) dəyişdi.

Səhiyyə Nazirliyinin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi hələ də Oktay Şirəliyev "dəsti -xətti" ilə davam edir.

İndi Oktay Şirəliyevin demək olar ki, yetirməsi olan Teymur Musayevin rəhbərlik etdiyi səhiyyə sahəsində hazırda korrupsiya və özbaşınalıq da, səhiyyə nazirliyinin bunu görməzdən gəlməsi də davam edir.

Bəs səhiyyə sahəsində nazirdən başqa nə dəyişdi?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024