Karusel (16-06-2022, 12:43)
Ədliyyə sisteminin PENİTENSİAR YARASI...
İyun ayının 10-da Ceyhun Həsənovun Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunmasının 6-cı ili tamam oldu. C.Həsənovun Penitensiar Xidmətə rəhbərlik etdiyi bu dövrü ölkənin “həbsxana tarixi”nin ən ziddiyətli və maraqlı səhifələrindən biri hesab etmək olar. Bu müddət ərzində o, qüsursuz fəaliyyətinə görə dəfələrlə təltif olunub və 2018-ci ildə general-leytenant ali xüsusi rütbəsi alıb. Şübhəsiz, bu təltifləri siyasi sistemin onun fəaliyyətinə olan müsbət və dəstəkləyici münasibətinin ifadəsi kimi də qəbul edə bilərik.
Amma hazırda Azərbaycanda hər min nəfərdən ikisi həbsxanadadır.
Çox ciddi siyasi əlaqələrə malik olan C.Həsənovun illərdir bu vəzifədə qalmasının əsas səbəbi onun müxtəlif və mötəbər kabinetlərə olan bağlılığıdır. Hazırda etimadı doğrultmuş məmurların siyahısında ilk yerlərdən birində qərarlaşan C.Həsənovun hələ uzun müddət Penitensiar Xidmətin rəisi vəzifəsində işləyəcəyi də şübhə doğurmur. Penitensiar Xidmətdə təkzibolunmaz nöqsanlar və qanunsuzluqlar mövcuddur, amma C.Həsənov da işinin başındadır və işləyir.
Penitensiar Xidmətin rəisi vəzifəsində işləmiş şəxslərin vəzifədə olma müddətinin xronologiyası maraqlı detalları üzə çıxarır.
2006-cı il aprel ayında Ədliyyə nazirinin müavini – Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi (Penitensiar Xidmət əvvəl belə adlandırdı) vəzifəsinə təyinat alan Nazim Ələkbərov 2011-ci il fevral ayına qədər bu vəzifədə işləyib.
2011-ci il fevralın 14-də isə Mədət Quliyev Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib və 2015-ci ilin sonuna qədər bu postda çalışıb.
N.Ələkbərov və M.Quliyev Penitensiar Xidmətə ayrı-ayrılıqda təxminən 5 il rəhbərlik ediblər. C.Həsənovun Penitensiar Xidmətdəki rəhbərliyi isə artıq 7-ci ilə daxil olub.
Məlumdur ki, regionda, dünyada yeni reallıqlar və fərqli münasibətlər sistemi formalaşmaqdadır. Təsadüfi deyil ki, Azərbaycanın bütün sahələr üzrə Qərbə inteqrasiyası əsas prioritetlərimizdəndir. Son aylar ABŞ-Azərbaycan, Avropa-Azərbaycan münasibətlərinin daha perspektivli və strateji mərhələyə qədəm qoyması Qərbə inteqrasiyanın qətiyyətli konturlarını da müəyyənləşdirib. Yəni, geriyə qol yoxdur…
Bəs belə bir situasiyada bütün sahələr üzrə Qərbə inteqrasiyanın şəffaf relslərini qura biləcəyikmi? Qərb üçün “qırmızı xətt” sayılan insan hüquq və azadlıqlarının (eləcə də cəzaçəkmə müəssisələrində) təminatını reallaşdırmadan bu, mümkün ola bilərmi?
Heç kəsə sirr deyil ki, hazırda Azərbaycan penitensiar sistemində baş verən proseslər keçmiş post-sovet ölkələrinin penitensiar sistemindəki gedən proseslərlə eynilik təşkil edir. Azərbaycan isə Qərbə inteqrasiya yolunu tutub. Bütün sahələr üzrə, eləcə də pentensiar xidmət sahəsində “sovet şineli”ndən xilas olmadan Qərbə inteqrasiya çətinləşəcək.
Müəllif: Samir Feyruzov

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024