Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (10-06-2022, 14:48)
3 ayda 17 tenderin qalibi olan şirkət...

 Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Mediatv.az yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “MSDIS Holding” MMC olub.
Ağsu Suvarma Sistemləri İdarəsi “MSDIS Holding” MMC-dən 3 310 kub metr həcmində beton qarışıqığı (M-200) satın alacaq və əvəzində 248 min 252 manat 65 qəpik ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi 1 kub metr beton qarışığının qiyməti 75 manat təşkil edir.
Məlumat üçün bildirək ki, “MSDIS Holding” MMC 2 il əvvəl – 10.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 2 milyon 572 min 500 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Xətai pr. ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.
Onu da bildirək ki, Nağıyev Mirfəyyaz Oktay oğlu 24.09.2018-ci idə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub.
“MSDIS Holding” MMC-nin rəsmi saytında bildirilir ki, şirkətin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar "MS Sement", "MS Kabel" və "MS Oil", "MS Asfalt" zavodu, "MS Laminat" və "MS Karyer" sahələridir. Abşeron rayonu ərazisində fəaliyyət göstərən “MS OIL” yanacaqdoldurma məntəqələrinin sahibi də “MSDIS Holding” MMC-dir.
Qeyd edək ki, yeni yaranmasına baxmayaraq “MSDIS Holding” MMC onlarla tender müsabiqəsinin qalibi olmağı bacarıb.

Təkcə bu il ərzində “MSDIS Holding” MMC aşağıdakı tenderlərin qalibi olub:
- 27.05.2022-ci il tarixində əsaslı və cari təmir işləri üçün Beyləqan Suvarma Sistemləri İdarəsilə 179 min 599 manat 54 qəpiklik,
- 20.05.2022-ci il tarixində Xocavənd rayon 500 ailəlik Xocavənd qəsəbəsində Şəhidlər xiyabanında aparılacaq təmir işlərinin satın alınması üçün Xocavənd rayon Kommunal Müəssisələri Kombinatı ilə 41 min 250 manat 4 qəpiklik,
- 19.05.2022-ci il tarixində mal-materialın satın alınması üçün Xocavənd rayon Kommunal Müəssisələri Kombinatı ilə 94 min 744 manat 82 qəpiklik,
- 18.05.2022-ci il tarixində mal-materialın satın alınması üçün Füzuli rayon Mənzil İstisnar İdarəsilə 10 min manat 3 qəpiklik,
- 18.05.2022-ci il tarixində mal-materialın satın alınması üçün Füzuliu rayon Kommunal Müəssisələri Kombinatı ilə 35 min 135 manat 92 qəpiklik,
- 17.05.2022-ci il tarixində Xocavənd rayon 500 ailəlik Xocavənd qəsəbəsindən Qaradağlı kəndinə gedən yolun təmiri üçün qravilin satın alınması üçün Xocavənd rayon Kommunal Müəssisələri Kombinatı ilə 46 min 55 manat 64 qəpiklik,
- 16.05.2022-ci ildə Taxtakörpü Ceyranbatan kanalında Pk7+50 və Pk12+50 sol yamacında terrasların təmiri işlərinin satın alınması üçün “Meliorasiya və Su Təsrrüfatı” ASC ilə 138 min 57 manat 55 qəpiklik,
- 12.05.2022-ci ildə Cari təmir işlərinin görülməsi üçün beton alınması işlərinin satınalınması üçün Oğuz Suvarma Sistemləri İdarəsilə 135 min 180 manat 80 qəpiklik,
- 12.05.2022-ci ildə "Cari və əsaslı təmir işləri üçün inşaat materiallarının" satınalınması üçün Mil-Muğan Hidroqovşağı İstismari İdarəsilə 199 min 23 manat 52 qəpiklik,
- 12.05.2022-ci ildə Təmir işləri üçün tikinti materiallarının satın alınmasıı üçün İsmayıllı Suvarma Sistemləri İdarəsilə 64 min 933 manat 81 qəpiklik,
- 11.05.2022-ci il tarixində mal-material və ehtiyat hissələrinin satın alınması üçün Füzuliu rayon Kommunal Müəssisələri Kombinatı ilə 44 min 540 manat 28 qəpiklik,
- 06.05.2022-ci il tarixində Abadlaşdırma işləri üçün mal-materialın satın alınması üçün Xocavənd rayon Kommunal Müəssisələri Kombinatı ilə 29 min 788 manat 6 qəpiklik,
- 06.05.2022-ci il tarixində Xocavənd rayon Xocavənd qəsəbəsində yerləşən İstirahət parkı və Bayraq meydanında cari təmir işlərinin satın alınması üçün Xocavənd rayon Kommunal Müəssisələri Kombinatı ilə 39 min 559 manat 56 qəpiklik,
- 29.04.2022-ci il tarixində Tikinti materiallarının satın alınması üçün Samur-Abşeron Kanalının İstismari İdarəsilə 178 min 93 manat 51 qəpiklik,
- 25.04.2022-ci il tarixində cari təmir işləri üçün mal materialın satın alınması üçün Qiba Suvarma Sistemləri İdarəsilə 222 min 608 manat 65 qəpiklik,
- 04.03.2022-ci il tarixində Dizel yanacağının “Azneft” İB Bakı Neft Bazasından “Azərpambıq ASK” MMC-nin bölgələrdəki zavod və məntəqələrinə daşınması xidmətinin satın alınması üçün Azərpambıq Aqrar Sənaye Kompleksilə 282 min 502 manat 62 qəpiklik
müqavilə imzalanıb.
Maraqlıdır ki, dövlət büdcəsindən bu qədər böyük həcmdə vəsait alan MMC vergi öhdəliklərini vaxtında ödəməyib. Açıqlanan rəsmi məlumatlara görə hazırda “MSDIS Holding” MMC-nin hazırda dövlət büdcəsinə 201 min 117 manat 48 qəpik vergi boru var.
Onu da qeyd edək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024