Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-05-2022, 18:56)
TƏBİB şefinin MÜƏMMALI TƏYİNATI.

 Ardıcıl olaraq, bir neçə gündür ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov müxtəlif xəstəxanalarda baş həkimin işindən azad edilməsi barəsində əmr imzalayır. Həmən ardınca, onun yerinə başqa birinin təyinatı üçün əmr imzalayır. Təbii olaraq, bu məlumatlar da mətbuatda dərc edilir.

Bir neçə gün əvvəl Vüqar Qurbanov daha bir direktorun işinə xitam verilməsi barəsində əmr imzaladı. Bu haqda məlumat sosial mediadakı bu başlığıyla diqqətimizi çəkdi.

Başlıq belə idi:
"Vüqar Qurbanov qalmaqallı direktoru işdən çıxardı". "Qalmaqallı" sözünün açıqlaması isə məlumatda bu cür verilib ki, işdən çıxarılan xanım direktor həkimlərlə yüksək səslə danışırmış, onlarla el dili ilə desək, "yola getmirmiş". Elə buna görə də həkimlərin "yanında olan, onlara dəstək olan" Vüqar Qurbanov, bu dəfə də məsələyə "həssas yanaşıb" və direktorun işinə xitam verib.

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimlərinin haqlarını düşünən hörmətli V.Qurbanov, nədənsə, elə bu yaxınlarda - 31.04.2022-ci il tarixində imzaladığı əmrə əsasən Emin Hüseyini Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edərkən, Emin Hüseynidən şikayətçi olan yüzlərlə vətəndaşın haqqını "gözdən çıxardı".

2015-ci ildə 2.000.000 (iki milyon) manat pul mənimsədiyinə, korrupsioner əməllərinə görə Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilən Emin Hüseyin, necə oldusa birdən-birə (təmiz adam kimi) Qobustan rayon Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsinə təyin edildi. Amma, deyəsən öyrəşdiyi "iş prinsipləri"ndən əl çəkmək ona ağır gəldi. Odur ki, (deyilənə görə) Astara rayon Mərkəzi Xəstəxanasından gətirdiyi qadınla "əl-ələ", "baş-başa" verib, elə əvvəlki "qaydada" fəaliyyətlərini davam etdirdilər. Hətta, ondan da ötəsi - həkimlərə, digər xəstəxana çalışanlarına əl qaldırmaq, adlarına kredit götürüb, özlərinə ödətmək, xəstə və xəstə yaxınlarını döymək, rüşvət müqabilində (sakinlər belə deyir) xəstələrə ağır diaqnozlar yazmaq (pensiya almaq üçün), işçini işindən azad edib, başqalarını pul qarşılığında onun yerinə işə götürmək və sair kimi haqqında iddialar formalaşdıran baş həkim, texniki işçiləri (oturub-qalxmaq kimi) bəzi idman hərəkətlərilə ələ salmağa qədər alçaq və alçaldıcı hərəkətləri ilə də media gündəmində yer aldı. Həmçinin, yerli sakinlər onun xəstə və xəstə yaxınlarını döymək kimi "məharətlərin"dən də dəfələrlə mediaya bəhs etdilər.

Amma, vurğulamaq yerinə düşər ki, Qobustan rayon sakinləri bunu təkcə söz olaraq dəmirlər. Onlardan bəziləri hətta Qobustan rayon Prokurorluğuna da Emin Hüseyn haqqında şikayət ediblər. Amma, nə hikmətsə, Qobustan rayon Prokurorluğu edilən bütün şikayətləri rədd edib.

Maraqlıdır, niyə?

Yeri gəlmişkən, "DogruXeber.az" olaraq, bizi telefonda "elə etməyin qapınızı başqaları döysün" deyə təhdid etdiyinə görə Emin Hüseyin barəsində prokurorluğa şikayət etmişdik. Qobustan rayon prokurorluğu adəti üzrə bu dəfə də Emin Hüseyni "qanadlarının altına aldı" və şikayəti rədd etdi.

"DogruXeber.az" redaksiyasına bu dəfə müraciət edən Qobustan rayon Nabırlı kənd sakini Mecdunov Taleh Mayis oğlu bildirir ki, vəzifəsi böyüdülən Emin Hüseynin elə yeni vəzifəyə təyinat almasından az müddət əvvəl "Qoçu" Eminin "qəzəbinə tuş gəlib" və nəticədə baş həkim tərəfindən döyülüb.

Bəli, gördüyünüz kimi səhiyyəmizin "qoçu"su Emin Hüseyin təkcə xəstəxana işçilərini döymür, eyni zamanda xəstələrə və xəstə yaxınlarına da "gücünü göstərmək"dən çəkinmir. Və diqqət etdinizsə, Taleh Mecdunov da Emin Hüseyn barəsində prokurorluğa müraciət etdiyini vurğuladı.

QEYD: Yeri gəlmişkən növbəti yayımlarımızda Taleh Mecdunovun Qobustan rayon İcra Hakimiyyəti barəsində narazılıqlarını və qarşı tərəfin məsələyə yanaşmasını daha ətraflı diqqətinizə çatdıracağıq.

Biz də deyirik, "prokurorluq Emin Hüseyini niyə müdafiə edir" və onun bu qədər etdiklərinə rəğmən, vəzifəsinin gündən-günə yüksəlməsinin səbəbi nədir, yaxud səbəbkarı kimdir?

Sən demə, Emin Hüseyin "Həsənağanın qohumu imiş"... Qobustan sakinləri onun qayınatasının Prezident Administrasiyasında çalışdığını deyirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024