Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (5-05-2022, 14:14)
Göygöl təhsilinin müdiri haqqında İLGİNC İDDİALAR

 Göygöl rayon Təhsil şöbəsinin müdir əvəzi Salman Balakişiyev haqqında DİA.AZ-a ilginc iddialarla dolu məqalə göndərilib. Qeyd edək ki, yazılanların həqiqət payını tam dəqiqləşdirə bilmədiyimzdən onlardan bəzilərini təqdim edirik və bəri başdan qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bəyan edirik...

Beləliklə...

***

Yazıda iddia olunur ki, Göygöl rayon Təhsil şöbəsinin müdir əvəzi Salman Balakişiyevə yaxınlığı ilə seçilən Bünyad Balakişiyev rayon ərazisində iki özəl təhsil mərkəzi açaraq, atası Salman Balakişiyevlə Göygöl rayon məktəblərindən uşaqları dərsdən yayındıraraq hazırlıq kursuna yönəldirlər. Beləliklə də, istədiklərinə nail olub, gənclərimizi, şagirdlərin gələcəyini kölgə altına salırlar. Buna da dövlət qurumları susur. Daha doğrusu desək Salman Balakişiyev susdurur.
Görəsən nəyin qarşılığında susurlar?
Digər məlumata əsasən rayon mərkəzində və kəndlərdə saat 11:00 və 12:00 radələrində siniflərdə 1-2 uşaq olur, bunlar da aztəminatlı ailələrin uşaqlarıdır, hansı ki, onların valideynləri övladlarını yüksək məbləğlər qarşılığında Bünyad Balakişiyev təhsil mərkəzlərində oxutdura bilmirlər.
Daha sonra məqalədə deyilir:
"Salman Balakişiyev qısa müddətdə qanunsuz yollarla əldə etdiyi külli miqdarda vəsaitlər hesabına rayon ərazisində özünə və ailəsinə məxsus biznes şəbəkəsi qurmuşdur.
...Dəfələrlə Təhsil Nazirliyinin müraciəti əsasında Baş Prokrorluğun Nadil kənd orta məktəbində korrupsiya əməlləri ilə bağlı apardığı araşdırma nəticəsində Salman Balakişiyev kobud qanun pozuntusuna yol verdiyi üçün intizam tənbehinə cəlb olunaraq, barəsində sonuncu xəbərdarlıq və şiddətli töhmət elan edilmişdir.
İntizam tənbehindən nəticə çıxarmayan Salman Balakişiyev qanunsuz fəaliyyətinə davam etdirməklə, Rayon Təhsilinə daha ağır zərbələr vurur.
Təhsil şöbəsini “qara qutusu” ləqəbli Salman Balakişiyev eyni zamanda DİM-dən imtahandan müvafiq bal toplamayıb, nəticə əldə etməyən müəllimləri qeyri-qanuni, bilinməyəni yollarla işə düzəldən adam kimi tanınması ilə də məşhurdur...."

İddialarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024