Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (1-03-2022, 09:26)
Zakir Quliyevin öz üsul-idarəsi

 Azərbaycan Respublikası “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Zaur Mikayılova “Dəryaz” qəzeti redaksiyası adından məktubla müraciət edərək, hörmətli sədrin yüksək diqqətini qəzetimizin “Deryaz.az” veb — saytında dərc olunmuş 17.01.2022-ci il tarixli “Qanun pozan heç kimin əvvəlki xidmətləri, Azim Kəriimovun da “Tərəqqi” medalı nəzərə alınmayacaq” sərlövhəli məqaləyə yönəltmək istəmişdik. İnam ifadə etmişdik ki, cənab sədr məqalədə ehtiva olunan məsələlərin araşdırılması və nəticə barədə redaksiyanın məlumatlandırılmasının təmin edilməsinə göstəriş verəcək.

Xatırladaq ki, məktuba qoşma etdiyimiz “Deryaz.az” saytından çıxarış vərəqi formasında məktuba qoşma etdiyimiz məqalədə həmin ərəfədə Beyləqan rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatı sarıdan problemlərin mövcudluğu ilə əlaqədar “Dəryaz” qəzeti redaksiyasına daxil olmuş müraciətlərin izi ilə rayonda səfərdə olam əməkdaşlarımızın qeydləri, idarənin rəhbərini iş vaxtında tapa bilmədikləri, A.Kərimovun idarənin ştat cədvəlində adı gedən, amma işə çıxmayan xeyli işçinin əmək haqqı kartını özünə götürərək ayda külli miqdarda pul əldə etməsi, idarə rəisinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayonunda yerləşən yardımçı fermer təsərrüfatına qardaşı Hətəm Kərimovu müdir təyin etməsi və bu təsərrüfatda yetişdirilən qoyun-quzunu öz şəxsi mülklərinə çevirmələri, təsərrüfatın 35 ha torpağında yonca əkdirərək satdırması, dövlətin nəğd pul vəsaitlərindən başqa Beyləqan Suvarma Sistemləri idarəsində texnika üçün ayrılan yanacaq, sürtgü materialları və ehtiyat hissələrinin də təyinatı üzrə istifadə edilməyərək silinməsi, ayrılan benzin və salyarka isə idarənin yaxınlığında yerləşən “qırmızı zapravka”da satılması, idarənin balansında olan traktorların, maşınların və digər texnikanın ayrı-ayrı şəxslərə icarəyə verilərək əldən edilən pulların mənimsənilməsi və s. neqativ hallar barədə məlumatlar öz əksini tapmışdı.

Bir ay sonra məktubumuza cavabı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini cənab Zakir Quliyev yazıb. Məktubda ASC-nə müraciəıtimizin araşdırıldığı bildirilsə də, məqaləmizdə toxunduğumuz neqativ faktlar nə təsdiqlənməyib, nə də təkzib olunmayıb. Sanki biz ASC-dən Azim Kərimovun gördüyü, vəzifəsindən irəli gələn işlərin siyahısını istəmişdik. Görün hörmətli Z.Quliyev nə yazır?: “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Beyləqan rayonunda geniş miqyaslı yenidənqurma işləri həyata keçirilir. Beyləqan suvarma sistemləri idarəsinin kollektivi bu işlərdə fəal iştirak edirlər. İdarənin balansında suvarma kanallarında lildən təmizləmə işləri Cəmiyyətin tərtib etdiyi planlar əsasında həyata keçirilir…” Sonrakı cümlələrdə 2021-ci ildə plan əsasında görülən işlər sadalanır. “Cavab” məktubu bu cümlə ilə yekunlaşır: “Beyləqan suvarma sistemləri idarəsinin rəhbər heyəti daim iş başında olur və idarəyə gələn mətbuat orqanlarının nümayəndələri qəbul olunurlar”.

Göründüyü kimi, Zakir Quliyev müraciətimizdə qaldırılan məsələlərə aidiyyəti olmayan, dolandırıcı cavab verməklə, bir növ Azim Kərimovun mətbuat katibi və ya vəkili kimi çıxış etmişdir. Xatırladaq ki, qurduğu böyük biznes şəbəkəsi və qohumlarından ibarət məmur çetesi ilə milyonçu oliqarxa çevrilən Zakir Quliyevin rəhmətlik atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir.

Mediada yayılan məlumatlardan bəlli olur ki, Zakir Quliyevin FETÖ təşkilatının üzvləri ilə çox sıx münasibətləri var. Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası (Orada işləyən fəhlələr faciə ilə üzləşsələr də rayonun hüquq-mühafizə orqanları bunu gizlədiblər), rayonun Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var.

Qeyd olunur ki, Zakir Quliyevin rayondakı biznesini Fətullahçı qardaşı Elçin Quliyev idarə edir. Qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»ların Zakir Quliyev tərəfindən idarə olunduğu deyilir.

Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb; oraya Cəmiyyətinin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Quliyevlərin əmisi oğlu Şamil Qasımov iki dəfə bələdiyyə seçkilərində Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunub. Xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyib.

İndi çox qəribə görünür ki, sudan oğurladığı pullar hesabına dövlət içində dövlət quran Zakir Quliyev indi Azim Kərimova mətbuat katibi kimi xidmət göstərir.

Deryaz.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024