Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (7-01-2022, 11:28)
Keçmiş Baş Prokurorun SİRLİ ADAMI... - İLGİNC İDDİALAR...

 




Göyçay Şərab Zavodunun SSRİ dönəmində istehsal etdiyi məhsullarının yaxşı tanınması, eləcə də yüksək gəlirliliyi ilə öndə gedən müəsissələrdən biri olması çoxlarına məlumdur. Di gəl ki, Sovetlər Birliyinin süqutundan və ardınca AXC-nin hakimiyyətə gəlməsindən sonra, zavod talan edilib, avadanlıqları satılıb, yararsız hala salınıb. Bu müəssisədə yeni mərhələ Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olub. Onun göstərişi və səyi nəticəsində, zavodun bərpa olunması, yenidən işləməsi və istehsal gücünün artırılması istiqamətində real addımlar atılıb. Eyni zamanda, zavod etibarlı və səriştəli şəxslərə tapşırılıb. Bir sözlə, çəkilən zəhmət öz bəhrəsini verib və 1994-ci ildən etibarən, büdcəyə kifayət qədər gəlir gətirib. Lakin zavodun sonrakı aqibəti barədə millet.az-ın dərc etdiyi son bir yazıda, xüsusi olaraq o vurğulanıb ki, 2010-cu ildən bu tanınmış müəssisəni, Respublikanın sabiq Baş prokuroru Eldar Həsənovun himayəsi altında, min cür maxinasiya və saxtakarlıqla Loğman Məmmədov elə keçirə bilib. Elə, xeyli vaxtdır barəsində danışılan xoşagəlməzliklər də, bundan sonra, bu tanınmış müəssisənin taleyinə qara ləkələr vurmağa başlayıb. Dəhşət ondadır ki, Loğman Məmmədov rəhbər olandan dərhal sonra, öncə, təcrübəli mütəxəsissləri bu zavoddan uzaqlaşdıraraq, onu, öz bildiyi kimi idarə etməyə başlayıb. Zavodun gəlir və çıxarlarını, mədaxil və məxaric xərclərini şəxsi maraqlarına uyğunlaşdırıb. Çox çəkməyib ki, Loğman Məmmədovun saxtakarlığı, yol verdiyi pozuntular faş olunub və “Bandotdel” kimi tanıdığımız Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən, o, həbs olunaraq, iki gün oranın müvəqqəti tədricxanasında saxlanılıb. Buradakı ciddi qanun pozuntuları, eləcə də rəhbərinin yüksək vəzifə sahiblərinin adlarından sui-istifadə etməsi barədə, sabiq daxili işlər naziri Ramil Usubov da məlumatlandırılıb. Ancaq 2 gündən sonra, hansısa sehrli əl, nəyinsə müqabilində, Loğman Məmmədovu “Bandotdel”in zirzəmisindən azadlığa çıxara bilib.
 







Bu yerdə, məlumat üçün onu da bildirək ki, L. Məmmədovla sabiq Baş prokuror Eldar Həsənov yaxın qohumdurlar. E. Həsənovun bir sıra “əməliyyatları” da, L. Məmmədov vasitəsi ilə, necə deyərlər, Göyçay Şərab Zavodunun üzərindən həyata keçirilib. Məsələn, onun qohumlarından olan Binqədi RPİ-nin Pasport və Qeydiyyat Şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Ramiz Məmmədovun 2010-cu illərdə ermənilərə, azərbaycanlı adıyla Azərbaycan pasportu verməsinin üstü açılanda da, köməyinə E. Həsənov gəlib. Deyilənlərə görə, bu günədək Eldar Həsənovla əlaqələrini saxlayan Loğman Məmmədov, orda-burda, general Bəylər Əyyubovun adını öz tamahkarlığını və qanunsuz əməllərini ört-basdır etmək məqsədiylə hallandırmaqdan belə çəkinmir.
Sonda onu da qeyd etməyi vacib bildik ki, Göyçay Şərab Zavodunu dələduzluq yolu və saxtakarlıqla ələ keçirən Loğman Məmmədvun rəhbər şəxsə yaraşmayan xoşagəlməz hərəkətləri ucbatından, dövlət büdcəsi hər il milyonlarla vəsait itirməkdədir. Elə, bu və bu kimi yuxarıda barəsində məlumat verdiyimiz hədsiz narahatlıq doğuran xoşagəlməzliklər barədə, dəfələrlə qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz, təəssüf ki, alınmadı. Məhz bu səbəbdən də, bir xəbər portalının əməkdaşları olaraq, bu ciddi mövzunu nəzarətdə saxlayacaq və bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik.

araz.az
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024