Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (2-12-2014, 19:55)
Oliqarx balası İŞİD-çi Kobanidə vuruldu

Oliqarx balası İŞİD-çi Kobanidə vuruldu

 

Suriyanın Kobani şəhərində 22 yaşlı Misir vətəndaşı İslam Yakin öldürülüb. Avropa.info xəbər verir ki, o, bir müddət əvvəl İŞİD-ə qoşulmaq üçün vətənini tərk etmişdi. Xarici mətbuatın yazdığına görə, Yakin çox varlı ailənin övladıdır.

Rep musiqisinin fanatı, fitneslə məşğul olan oğlan Qahirədə yaşayıb. Gələcək İŞİD-çi elitar fransız liseyini bitirib. “Ain Shams” universitetində hüquq təhsili alıb. Misirdə yaşayarkən “Facebook”da daim yarıçılpaq fotolarını paylaşan oğlanın  bir-birə İŞİD-ə qoşulması ətrafını təəcübləndirib.

“Gulf News” jurnalının yazdığına görə, bu bir daha təsdiq edir ki, İŞİD-ə təkcə ehtiyac və yoxsulluqdan üzündən qoşulmurlar. İŞİD-də çox varlı və təhsilli ailələri övladları da var.

“Facebook”da yarıçılpaq səkillərini qoyan Yakin tvitterdə başı kəsilmiş Əsəd əsgərləri ilə yanaşı çəkilmiş fotolarını paylaşırdı. 
Misirli oliqarx övladı tvitter hesabında yazırdı: “İslam bayramlarının gəlişi bu itlərin cəsədləri olmadan bu qədər şən keçməzdi”. 

İslam Yakin yaxınlarını “İslam dövləti”nə köçürməyə çağırsa da, ailəsi Qahirədə yaşayır.

шаблоны для dle 11.2

Xəbər lenti
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025