Karusel (28-11-2014, 20:07)
Alı Alıyev Milli Qəhrəman ailələri ilə görüşdü
Horadiz şəhərində şəhid olan füzulili Milli Qəhrəmanların ailələri ilə görüş keçirilib.
Mediatv.az-ın xəbərinə görə, görüşdə bildirilib ki, Horadizdə Qəhrəmanlar Parkı salınıb, Parkda 6 nəfər Milli Qəhrəmanın şərəfinə abidə kompleksi ucaldılıb.
Qəhrəmanlar parkının açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Qəhrəmanların ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir əsas hissəsi Heydər Əliyev Mərkəzində davam edib. Alı Alıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 1000 nəfərə yaxın füzulili şəhid olub, 1340 nəfər yaralanıb və girov götürülüb. Şəhidlərdən 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülüb.
Görüşdə Milli Qəhrəmanların ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları çıxış edib. Milli Qəhrəmanların ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilib.