Karusel / Slayd (14-08-2021, 20:12)
İcra başçısı Batumidəki 1 milyonluq villasını hansı pulla tikdirib ?
Sonra müxtəlif bankların Bərdə filialının müdiri olub.
Və 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Bu adamın adı mediada dəmir-boru-turba satan kimi hallandırılır.
Bəli, bu adam Ağcabədinin icra başçısı olarkən, Qarqar çayından rayon mərkəzinə gələn 18 km uzunluğunda su borularını çıxararaq satıb.
Qarqardan Ağcabədinin rayon mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqun boruların 1-inin uzunluğu 4,2 metr, çəkisi 534 kq-dır.
İndi qoy hüquq-mühafizə orqanları 18 km borunun çəkisini və bazar qiymətini hesablasın. Və görsünlər ki, Şahin Məmmədov təkcə su borularından neçə milyonlar qazanıb.
Dövlət Ağcabədidəki səhiyyə müəssisələrinə dərman preparatlarının alınması üçün 200 min manat pul ayırıb. Şahin Məmmədov səhiyyə idarəsinin müdirini məcbur edib ki, o pulu nağdlaşdır və mənə ver. Müdir də edib.
Maliyyə nazirliyi yoxlamaya gələndə, icra başçısı Şahin Məmmədov yaxasını qırağa çəkmək istəyib, ancaq səhiyyənin müdiri hamının gözü qarşısında Şahinin yaxasından yapışaraq, “Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar” deyib. Orada olan şəxslər olmasaydı, səhiyyənin müdiri Şahini möhkəm əzişdirəcəkdi. Şahin güclə qaçaraq icra hakimiyyətinin binasına girə bilib.
Şahin Məmmədov Ağcabədidə icra başçısı olarkən, rayon yollarına ayrılan 500 min manat yox olub. Və icra hakimiyyətində keçirilən iclasda icra başçısı ilə yol idarəsinin müdiri arasında süpürləşmə olub...
Bax, sən busan, cənab icra başçısı...
Rayonda və paytaxt Bakıda nə qədər ticarət obyektlərin var, Şahin Məmmədov ?
Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexləri hamısı sənindir, Şahin Məmmədov.
Bunlardan əlavə Şahin Məmmədovun doğulduğu Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfatı, Bərdə şəhəri çay qırağı ərazisində bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villaları, Nizami rayonu ərazisində 2 mağazası var.
Saymaqla qurtaran deyil ki...
Şahin Məmmədovun Bakıdakı mənzillərinin, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarındakı imarətlərinin dəyəri bir neçə milyondur.
Hələ bu harasıdır.
Şahin Məmmədov Gürcüstanın Batumi şəhərində dəyəri bir neçə milyon olan dəbdəbəli villa tikdirib.
Elə bilirsiniz ki, siyahı başa çatdı...
Şahin Məmmədovun Yasamal rayon Nərimanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş 3 mənzili, “Vasmoy” kilometr deyilən ərazidə 2 avtomobil sexi, Lider televiziyasının arxasındakı binalarda isə 4 mənzili var.
Şahin Məmmədov harada villa tikdirirsə, birini də qardaşlarına tikdirir.
Şahin Məmmədov Ağcabədidə etdiklərini Masallıda davam etdirir.
Təkcə rayondaxili yollar üçün ayrılan vəsaitdən icra başçısı milyonlar qazanıb. Rayondakı bütün tikinti və abadlıq işlərindəki tenderləri ancaq icra başçısına yaxın şirkətlər udur.
Bir sözlə, Şahin Məmmədov öz əməllərindən qalmır.
P.S Qarşı tərəfə cavab haqqı tanıyırıq Teref.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024