Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (27-07-2021, 09:12)
"İcra Hakimiyyətinə müraciət etsəm də..." - GİLEY

 




Göyçay rayonu Çayarxı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:

"Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib bildirirəm ki, anamla birlikdə çöllərdə qalmışıq. Bizim yaşayışımızı görən dəhşətə gələr.
Belə ki, mən Vətən müharibəsində 157 saylı hərbi hissənin tərkibində Suqovşan, Talışkənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Qubadlının müdafiəsində olmuşam.Buna görə mən medallarla təltif edilmişəm.



Atam vəfat edib evimiz olmadığı üçün anamla birlikdə Göyçay rayonu Çayarxı kəndində çölün düzündə köhnə uçuq-sökük ticarət köşkündə yaşayırıq. Dörd kv-m ölçüsü olan həmin ticarət köşkünün döşəməsi yoxdur, tavanı damır.Gördüyünüz bu yerdə heyvan saxlamağa yaramır ancaq biz burada yaşamağa məcbur olmuşuq.10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq.
Daş bazarında fəhləlik edirəm ki, buna görə elə olur günlərlə işim olmur.Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişəm ancaq heç bir köməklik göstərilməyib. Həttda mən Vətən müharibəsində olan zaman Göyçay rayon İcra Hakimiyyətinə zəng edib tənha qalmış anama iki ədəd çörək alıb verilməsini xahiş etmişəm.Ancaq xahişimi nəzərə almadılar bir dəfədə olsun maraqlanmadılar.
35 yaşım var evsizliyə imkansızlığa görə hələ ailə həyatı qurmamışam.Yaşadığımız daxmanın qazı və suyu yoxdur.Elektirik enerjisinə görə 700 manat borcumuz yaranıb. Bəlkədə Azərbaycan Respublikasında bizim kimi acınacaqlı şəraitdə yaşayan ikinci bir ailə yoxdur.Sağlamam və əmək qabiliyyətinə malik olsamda hələdə işlə təmin olunmamışam.Baxmayaraq ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. Acından ölməmək üçün Göyçayda daş bazarında fəhləlik edirəm.Bu iş isə daimi deyil bir gün olur 5 gün olmur.Həyatda arzum evimizin olması və ailə həyatı qurmağımdır ki, imkansızlığa görə bu mümkünsüz olub.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb onlardan xahiş edirəm mümkün olarsa bizim yaşadığımız evin videosuna baxasınız və bizim ailəyə imkan daxilində köməklik göstərəsiniz".
     

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024