Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (24-07-2021, 10:12)
Qubanın başçısı haqda ŞOK İDDİA - Vəzifə alveri...


 





Ömrü boyu “yol sökməklə”, müxtəlif Yol İstismar İdarələrində vəzifədə çalışaraq dövlətin yol tikintisinə ayırdığı on milyonları mənimsəməklə məşğul olan Ziyəddin Əliyev 2017-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısıdır.
Qısa giriş üçün qeyd edək ki, bu adam Qubada xırda bir parkı abadlaşdırmaq üçün 300-400 min xərcləyir, amma 1 milyon 700 min manat silir.
Ziyəddin Əliyev Ukraynadakı asfalt zavoduna 7 milyon avro kapital qoyub.
Bu adamın mülkləri, biznes obyektləri Ukraynadan tutmuş İngiltərəyə, Türkiyəyə, Çexiyaya, Avropanın böyük şəhərlərinə qədər geniş ərazidə yayılıb.
Deyilənə görə, Ziyəddin Əliyev Qubadakı hər sahibkardan, hər dükandan “aylıq” alır, hətta koronavirusdan pul qazanır.
Bu qısa girişdən sonra keçək Ziyəddin Əliyevlə bağlı əlahəzrət “fakt”lara.
Deməli, Qubadakı 34 bələdiyyə qurumunu öz biznesinə çevirən Ziyəddin Əliyevin əməlləri dövlətə, dövlətçiliyə sanki qara ləkədir. Dövlət siyasəti, rəhbər vəzifədə işləmək yol çəkmək deyil, Ziyəddin müəllim!
Birinci, Qubanın ən böyük bələdiyyəsi olan Quba şəhər bələdiyyəsindən başlayaq.
Təqdim etdiyimiz siyahının əsl mahiyyəti və məzmunu oxuculara və müvafiq orqanlara bəlli olacaq: Bunu biz demirik , qubalılar deyir cənab başçı. İlk öncə onuda qeyd edim ki, məsələ ilə bağlı 15 gündür münasibətinizi öyrənmək üçün sizi aradıq, amma tapa bilmədik. Yazı dərc olunsa da münasibətinizi bildirmək üçün cavab haqqınızı tanıyırıq.
1. Quba şəhər bələdiyyəsinin sədri Məmmədova Humayə Muxtar qızı 250 min ...
Humayə xanım köhnə xalçaçıdır, Qədim Quba Xalça müəssisəsinin müdiri olub. İndiyədək heç bir seçkili orqanda iştirak etməyib. Lənkəranlıdır, Qubaya gəlin köçüb, sonra boşanıb. İndi həm bələdiyyə sədri, həm də xalça sexinin rəisidir. Humayə xanımın oğlu Siyəzəndə polis rəisinin müavinidir, Qəçrəşdə “Qədim Quba” restoranı var.
Onu da qeyd edək ki, Quba şəhər bəldiyyəsinə sədr qoymazdan əvvəl 3 nəfərin adı siyahıda olub: keçmiş bələdiyyə sədri Zakir m. - 50 min, Dağlı bələdiyyəsi Natiq m. 100 min, sonra Humayə xanım 250 min.
Zakir müəllimin 50 mini qaytarılıb, Natiq müəllim isə olub Dağlı bələdiyyəsinə sədr.

2. Birinci Nügədi bələdiyyəsinin sədri Xəlilov Sərxan Təbərrüz oğlu, İkinci Nügədi bələdiyyəsinin sədri - Mütəllimov Alim Səlim oğludur. Hər iki bələdiyyəyə Eldar Orucov sponsorluq edir. Camaat deyir ki, əsl həqiqətdə 2-ci Nügədidə sədr Alim, 1-ci Nügədidə isə sədr Babadır. Siyahıda hər ikisinin qarşısında 80 min manat yazılıb. Adı çəkilən Eldar Orucov özünün maliyyə imkanlarından istifadə edərək, bir neçə bələdiyyəyə sədr seçdirir və öz maraqlarının yüksək səviyyədə təminatına nail olur.
Eldar Orucov Bakıda Neft şirkətində hüquqşünasdır.
Eldarın 2-ci Nügədidə dəyəri milyonlarla ölçülən “Macəra” istirahət mərkəzi var. Rayonda kənd təsərrüfatı idarəsinin rəisi də Eldarın əmisi oğlu Babək Orucovdur. 10 min manat alıb onu bu vəzifəyə təyin ediblər.
Eldar Orucovun Vəlvələ kənd ərazisində 120 hektar torpaq sahəsi olan bağı var, əmisi oğlu Babək Orucov nəzarət edir. Bu məsələlər dərindən yoxlanılsa bizə elə gəlir ki, cavabını Kürdəxanıda ya da Şüvəlanda axtarmalı olacağiq.
3. Timiryazev bələdiyyəsinin sədri Eldarov Məhəmməd Şahbaba oğlu - 50 min
4. Alpan bələdiyyəsinin sədri Seyidov Əziz Ramazan oğlu- 35 min və əlavə torpaq sahəsi verib. Sədrin ali təhsili yoxdur.
5. Hacıhüseynli bələdiyyəsi. Siyahıda bir nəfərin qarşısında 100 min olub, sonra köhnə bələdiyyə sədri Nəzirov Azər Arif oğlundan 30 min alınıb.
6. Barlı bələdiyyəsinin sədri Xadimi Vüsalə Həsən qızı. Əvvəl Barlı bələdiyyəsinin keçmiş sədri Kərimdən 25 min alınıb. Və Kərim AKKORD-dan 50 min keçirtdirib bələdiyyənin hesabına, sonra başçı deyib ki, get 50 mini gətir. Bələdiyyə pulu verməyəndə onu işdən çıxarıb və verib məhkəməyə və həmin pulu keçirtdirib Yol İdarəsinin müdiri Gülağanın şəxsi yol firmasının hesabına.
Yeri gəlmişkən, İcra hakimiyyətinin süpürgədən kommunala, tikintidən təhsilə qədər bütün tenderlərini Gülağanın “Taleh-A” firması udur. Bir daha xatırladaq ki, Gülağa müəllim Quba yol idarəsinin rəisidir.
7. Qırız-Əlik bələdiyyəsinin sədri Məmmədov Nadir Qazəhməd oğlu 35 min
8. Qəçrəş bələdiyyəsi – əvvəl Faiqin adının qarşısında 10 min olub, sonra icra başçısı deyib ki, 150 min yaz. Faiq razılaşmadığı üçün bir qızı bələdiyyə sədri qoyublar. O isə uzun müddət işə çıxmadığı üçün Kərimov Vüqar Mirzəbala oğlu bələdiyyə sədri olub. O eyni zamanda Qımıl Qayma kənd məktəbinin direktorudur. Məktəb direktorunun adının qarşısında “torpaq sahəsi” yazılıb.
9. Xınalıq bələdiyyəsinin sədri - Əskərova Azadə Mahir qızı. Bu qız Bakıda oxuyur və işləyir. Və bələdiyyənin yerini də tanımır.
10. Cici bələdiyyəsi – 35 min Ömərov Arif Məşari oğlu
11. Amsar bələdiyyəsi Seyidov Həsən Fərman oğlu 80 min
12. Qonaq kənd bələdiyyəsinin sədri Əhmədov Firuz Vəzir oğlu. Qabağı boşdur.
13. Yerfi bələdiyyəsinin sədri- Həsənov Əbülfət Oktay oğlu, qarşısında boşluqdur.
14. Söhüb bələdiyyəsi - Hacıyev Hacıbala Mirzaşah oğlu 15 min

15. Xaltan bələdiyyəsi - Şıxnəsirli Budaq Məmmədnəsib oğlu ---

16. Zərqava bələdiyyəsi - Sultanov Həcibaba Mikayıl oğlu - 15 min

17. Vəlvələ bələdiyyəsi - Məmmədov Tahirmirzə Gülmirzə oğlu 12 min
18. Talabı Qışlaq bələdiyyəsi -Məmmədov Mahir Minacəddin oğlu 10 min
19. Alekseyevka bələdiyyəsi - Manafov Elçin Sabir oğlu 10 min
20. Zərdabi bələdiyyəsi - Sadıqova Aygün Vaqif qızı 8 min
21. Vladimrovka bələdiyyəsi -Sona Yaqubova Məmməd qızı ----pulsuz
22. Ağbil bələdiyyəsi - Tağıyev Şahin Hacıbala oğlu 10 min
23. Digah-Xuçbala bələdiyyəsi - Əhmədov Veysəl Şamil oğlu 7 min
24. Susay bələdiyyəsi - Səfərəliyev Murad Araz oğlu, hələ qabağı boşdur

25. Aşağı Atuc bələdiyyəsi - Şıxbalayev Varlıq Xalıq oğlu 5 min

26. Tüləkəran bələdiyyəsi- Hüseynov Rauf Kamran oğlu.
Birinin adının qarşısında 4 min yazlmışdı və bələdiyyə sədri idi, sonra dözmədi ərizəni yazıb çıxdı və Rauf bələdiyyə sədri oldu
27. Buduq bələdiyyəsi - Həsənov Vaqif Hacəhməd oğlu icra nümayəndəsi Şahinin qardaşıdır...

28. İspik bələdiyyəsi - Kərimov Toğrul Bəxtiyar oğlu 5 min

29. Qırmızı qəsəbə - Yadadayeva Yafo Ariilovna ---bundan pul almaq olmaz.

30. Rustov bələdiyyəsi Kazımov Aydın Məmmədşirin oğlu – 10 min

31. Güləzi bələdiyyəsi - Çingizi qoyublar canı ilə əlləşir, Cəfərova Səidə Səbuhi qızı olmaq istəyir.
Beləcə bələdiyyəni öz şəxsi biznesinə çevirən icra başçısı Ziyəddin Əliyev 31 icra nümayəndəsindən 24-nü işdən çıxarıb və “hərrac”da qalib gələnləri təyin edib.
Təkcə bir ildə 2 şəhər icra nümayəndəsini 4 dəfə dəyişib.
İcra hakimiyyəti aparatındakı 31 işçidən 29-nu işdən çıxardıb, 3 dəfə 1-ci müavini dəyişib, o birilərini də həmçinin.
Artıq Ziyəddin Əliyevin əməllərinə görə, Qubada heç kim vəzifəyə getmək istəmir. 1-ci müavin yeri 7 aydır ki, boşdur. Maliyyə şöbəsində işləmək istəyən yoxdur.
İcra başçısının “bələdiyyə və icra” biznesindən başqa Qubada restoranları da var.
1. Vladimirovka kəndində “Fayton” restoranı
2. 28 may parkında “Qızıl-Qax”, “Qızıl-Qaya”, Təngaltı kəndində “Təngə” restoranı, Gənclər parkında kafe restoranları
3. Qəçrəşdə 50 sot sahədə 2 böyük evi, indi 3-cünü tikdirir. Bu və ya digər faktların araşdırılması hüquq mühafizə orqanlarının işidir. Bizim vəzifəmiz isə o dəftəri nəzərdən keçirdib, faktları çatdırmaq idi. Yazıda adları çəkilən bütün şəxslərin münasibətlərini dərc etməyə hazırıq.
P.S. Növbəti yazımızda Korrupsiyanın apardığı yoxlamanın nəticələrindən və Ziyəddin Əliyevin sosial kartlarından bəhs edəcəyik.
//gundelik-baku.com//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024