Karusel (16-11-2014, 20:32)
Bakı korrupsiya əleyhinə mərkəzə çevriləcək
Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) növbəti Assambleyası noyabrın 19-21-də Bakıda keçiriləcək.
Trend-in məlumatına görə, Bakıda keçiriləcək IACA Assambleyasında xarici dövlətlərin yüksək səviyyəli dövlət rəsmiləri, o cümlədən nazirlər, parlament spikerləri, korrupsiyaya qarşı mübarizə komissiyaları sədrləri iştirak edəcək.
Qeyd edək ki, akademiyanın əsas fəaliyyəti korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış kadrlar hazırlanması və üzv dövlətlərə bu istiqamətdə texniki yardım göstərilməsidir. Akademiya 2012-ci ildə dünyada ilk dəfə olaraq korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq magistr proqramına başlayıb. Bu ilin dekabrında proqramı başa vuran 27 məzun dünyada müvafiq sahə üzrə təhsil almış ilk mütəxəssislər olacaq. Onların arasında Azərbaycan vətəndaşı da var.
Xatırladaq ki, İACA 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) və Avropa İttifaqının Saxtakarlıq əleyhinə Təşkilatı (OLAF) tərəfindən təsis edilib. Akademiya korrupsiyaya qarşı mübarizə sahəsində dünyada beynəlxalq statuslu yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həmçinin beynəlxalq təşkilat statusuna da malikdir. Hazırda təşkilatın 59 üzvü var. Azərbaycan 2012-ci ildən IACA-nın tamhüquqlu üzvüdür.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024