Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (19-06-2014, 19:29)
“Bizə müraciət edənlərə ciddi təzyiqlər olunur” -VASİF MÖVSÜMOV

 

“Azərbaycanda korrupsiyaya  qarşı mübarizədə xüsusi qanuna ehtiyac var”.

Bu fikri Hafta.az-a açıqlamasında Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyib. O bildirib ki, ölkəmizdə bütün sahələrdə korrupsiya əleyhinə tədbirlər görülür:

“Bizə demək olar ki, korrupsiya ilə əlaqədar bütün sahələrdən müraciət edirlər. Əgər hansısa sahədə bu fakt müşahidə olunursa, deməli, bütün sahəni əhatə edir.  Korrupsiyanın daha çox hansı sahədə olduğunu öyrənmək üçün sorğulara ehtiyac var. Buna görə biz hər üç ildən bir regional sorğular təşkil edirik. Son sorğular zamanı səhiyyə, polis, təhsil sistemində olan korrupsiyaları şikayətlər nəticəsində aşkar edib, bunun qarşısını almışıq”.

V.Mövsümov bildirib ki, hansı sahə mütəmadi olaraq öz fəaliyyəti barədə hesabat verirsə, demək ki, həmin qurum daha şəffaf fəaliyyət göstərir:

“Qurumlar öz fəaliyyətləri barəsində  KİV, ictimaiyyət qarşısında hesabat verməlidirlər.  Öz fəaliyyətində qapalılığa üstünlük verən qurumlarda isə təcrübə göstərir ki, korrupsiya faktlarına da daha çox rast gəlinir. Bəzən bizə hansısa idarədən korrupsiya ilə bağlı şikayət edənlər sonradan rəhbərləri tərəfində sıxışdırılırlar. Hətta onlar işdən belə qovulurlar. Bu gün Azərbaycanda bu halların qarşısını almaq üçün müvafiq qanuna ehtiyac var. Çünki şikayət edən vətəndaşlarımız qanunla qorunarsa, korrupsiya ilə mübarizə də asanlaşar. Təşkilat kimi onların təhlükəsizliyinə hardasa təminat verə bilirik.  Belə ki, biz problemi KİV-ə çıxarmaqla ictimailəşdiririk. Qurumda baş verən hadisələrə qarşı ictimai qınaq formalaşdırdıqdan sonra isə artıq şikayət edənin nə qədər haqlı olduğu anlaşılır. Bununla da dolayısı ilə şikayətçini müdafiə etmiş oluruq. Ancaq yenə də qeyd etdiyim kimi qanuna ehtiyac var”. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024