Karusel (26-06-2021, 13:00)
“Respublikanski”də ölü uşaq soyğunçuluğu
Bakı şəhər sakini Səbuhi Camalov Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski”) şikayətçidir.
Bakupost.az xəbər verir ki, xəstəxanada S.Camalovun ana bətnində olan övladının müalicəsi üçün 25 manatlıq iynəni ona 400 manata təklif ediblər. Daha sonra həkimlərlə razılığa gəlib iynəni 200 manata alsalar da, uşaq ana bətnində ölüb.
Vətəndaşın şikayətini ətraflı təqdim edirik:
“İyunun 20-də qızım ana bətnində dünyasını dəyişərək mələk oldu. Göndərişlə bizi “Respublikanski” xəstəxanasına (qəssabxanaya) göndərdilər. Azərbaycan səhiyyəsinin bərbad olduğunu bilirdim, amma bu qədər olduğunu bilmirdim. Yoldaşıma hər 4 saatdan bir dərman verdilər ki, süni doğuş olsun. 3 gün davam etdilər, nəticə olmadı. Yoldaşım ağrı çəkirdi. “Enzaprost” adlı iynəni almağımı dedilər. 25 manata olan dərmanı nə qədər axtarsam da tapa bilmədim. Xəstəxanada isə bildirdilər ki, o iynə tapılmır, bizdə var, amma 400 manata. Məcbur qalıb 200 manata razılaşıb o iynəni aldım. Çünki yoldaşım əziyyət çəkirdi, vəziyyəti pisləşirdi. Ayın 20-də uşaq rəhmətə getdi, 2 saat uşağı orda saxladılar. Sonra dedilər ki, uşağı yarmalıyıq. Etiraz etdim və dedilər 50 manat ver etməyək. Üzərimdə sadəcə 20 manat var idi. Onu verdim. Rəhmətə gedən uşağın cəsədindən belə pul alırlar. Hansı insaf, hansı din, hansı Allah bunu qəbul edər?
Zara adlı həkimin yanına getdim, şikayət edəcəyimi desəm də, “get kimə istəyirsən şikayət et”, dedi”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024