Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-06-2021, 11:28)
Ölkədə olmayan şəxs əlillik dərəcəsi alıb - İDDİA

Ölkədə olmayan şəxs əlillik dərəcəsi alıb
Ölkəmizdə saxta əlilliyə qarşı mübarizə getdiyi bir vaxtda hələ də bu sahədə əyintilər davam edir.

Vaxtilə əsas alış-verişi tibbi-sosial ekspertiza komissiyalarının rəhbərləri edirdisə, indi həkim-məsləhət komissiyaları sədrlərinin vəziyyətdən sui-istifadə imkanları yaranıb.

Çünki şəxsin əlilliyinin qiymətləndirilməsi tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

Şəxsin əlilliyi bu komissiyaların tərtib etdiyi və reyestrə daxil etdiyi elektron sənəd əsasında aparılır. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır.

Buna görə TSEK-lər baxdığı göndərişlərin kimə aid oduğunu, haradan daxil olduğunu bilmirlər. Amma bu prosedur TSEK-lər imkan vermir ki, elektron sənəddə qeyd edilən məlumatların həqiqiliyini yoxlasın. Elə həkim-məsləhət komissiya rəhbərlərini və bəzi ixtisaslaşmış xəstəxanadakı həkimləri arxayınlaşdıran da budur.

Infom.az daxil olan məlumatda iddia olnur ki, Ağcabədi rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri işləyən, yaxın zamanlaradək bu tibb müəssisəsinin direktoru və baş həkim əvəzi, eyni zamanda həkim-məsləhət komissiyasının sədri olmuş Azad Hüseynovun saxtakar əməllər hətta sərhədləri aşıb.

O, bu ilin aprelin 10-da Rusiyada yaşayan azərbaycanlıya Ağcabədi rayonunun Qiyaməddinli kənd sakini Mirzəyev İlham Vəliş oğluna əlillik pensiyası təşkil etmək üçün heç onun ölkəyə gəlməyinə və bundan ötrü izafi yol xərci çəkməyinə ehtiyac görməyib. Üstəlik bu şəxsi elə oradaykən M. Tobçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində və Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “mayinə və müalicə” etdirib.

Sizə elə gəlməsin ki, pandemiya ilə əlaqədar bu müayinə və müalicələr onlaynla həyata keçirilə bilər. Yox, belə deyil. Yoxlanılsa, bu tibb müəssisələrinin həmin şəxslə virtual əlaqələri belə olmayıb.

Sadəcə onların adından istifadə edilərək elektron sənədə əlillik yarada biləcək saxta məlumatlar daxil edilib. Cəmi 10 gün sonra TSEK həmin şəxsə əlillik dərəcəsi təyin edib.

Bizi məlumatlandıran mənbə Azad Hüseynovun əlil etdiyi şəxslərin siyahısının uzun olduğunu bildirir.

Bəzi dəqiqləşdirmələr aparıldıqdan sonra həmin siyahı saytımıza təqdim olunacaq. Bizi izləyin.

Xatırladaq ki, ötən ilin dekabrında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə baş idarəsi "Ağcabədi rayon mərkəzi xəstəxanası" publik-hüquqi şəxsində xüsusi əməliyyat keçirib.

Müəssisənin baş həkimi Fövzi Tahirov həkim-məsləhət komisiyasının sədri kimi xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla 2020-ci ildə əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə həmin xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində xeyli məbləğdə rüşvət almaqda şübhəli bilinərək saxlanılıb və həbs edilib.

"Ağcabədi rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxslə bağlı diqqətçəkən daha bir məsələ isə odur ki, müəssisənin direktoru vəzifəsinə bir az əvvəl maliyyə pozuntularına görə İmişli rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılmış Cəsur Paşayev təyin edilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024