Karusel (10-06-2021, 12:30)
Daha bir deputatın BAŞI CƏNCƏLDƏ..
Masallının biznesmen-deputatı, məşhur “Embawood” mebel firmasının sahibi Məşhur Məmmədovun başı qalmaqaldan açılmır.
Xeber.de-nin Azərbaycandakı qaynaqlardan aldığı məlumata görə, deputatın biznesinə şərik olan qohumları ilə arasında ədavət yaşanmaqdadır.
Məlumatlın mənbənin müfəssəl bilgilərinə görə, M.Məmmədov yaxınları ilə olan gərginlik ucbatından əlindəki biznesin bir qismindən imtina etməli olub.
Xəbərlər gəlir ki, deputat şirkətlərinin, kredit təşkilatlarının və mebel firmalarının bir hissəsini məhz qohumları ilə yaranmış mübahisə üzündən itirib. Daha doğrusu, yaxınlarının ona qarşı çıxdıqları deyilir.
Lakin rəsmi informasiyada imitasiya edilərək tam fərqli təqdim olunur. Guya deputat səhmlərini satıb, amma səhmlərini itirməklə qohumlarla olan dava-dalaşdan yaxasını qurtarmağı hesablayır.
Yəni, onlarla yollarını ayırmağa hazırlaşır. Qohumları da onunla yola getmirlər və deputata qarşı biznes söz-söhbətində üsyana qalxıblar.
Rəsmi məlumatda bildirilir ki, “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasovla Məşhur Məmmədov (deputat - red) paylarının bir hissəsini yeni səhmdara satıb.
Yeni səhmdar isə Tamara Polyakovadır. O, səhmlərin 14%-ni əldə edib, nəticədə səhmdarların payı 51%-ə və 35%-ə düşüb. Adı heç bir biznes sahəsində hallanmayan xanım Palyakova ilə Məşhur Məmmədov haradan tanışdır? Onları başqa hansı ortaq biznes birləşdirir? Bu da ayrıca araşdırma tələb edir...
Qeyd edək ki, 2017-ci ilin sonuna olan məlumata görə, “Embawood” MMC-də payçılar Elşad Abbasov (36%), Məşhur Məmmədov (32%) və Bəşir Sultanov (32%) idi. İndisə şirkətdə Elşad Abbasov və Məşhur Məmmədovla yanaşı Polyakova Tamara, Həsənova Nərminə, Səmədova Günay və Qasımova Aytac pay sahibləridirlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024