Karusel / Slayd (31-05-2021, 10:00)
Ucardan ŞOK SƏS YAZISI...
Ucar rayonu H.Əliyev prospekti ev 136 sakini Şirinov Raqif Ayaz oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:
"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra məni ölümlə hədələtdirir və nalayiq söyüşlərlə məni təhqqir etdirir.
Belə ki, Həsən Qasımovun barəsində video və fotofaktlarla şikayət etdikdən sonra 29 may 2021-ci il tarixdə onun kürəkəni "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu (055) 301-66-06 nömrəli telefonu ilə mənə dəfələrlə zəng edib məni ölümlə hədələdi və nalayiq şəkildə söyüb təhqqir etdi. Bunu təsdiq edən səs yazısını sizə təqdim edirəm.
Mən bu barədə 102 xidmətinə zəng edib məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabit əməkdaşı mənim izahatımı aldı.Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi.Zaur Səlimov məni və polis zabitini nalayiq söyüşlərlə təhqqir etdi.
Həmçinin Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun oğlu Ucar Melioraservizdə mühəndis işləyən Nicat Qasımovda mənə dəfələrlə zəng edib ölümlə hədələyib nalayiq söyüşlərlə təhqqir etdi.
Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov və onun harınlamış ailə üzvüləri dövlət qanunlarını saya salmırlar.Çünki onlar dövlətin ayrdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan edib cəzasız qaldıqları üçün azğınlaşıblar.
Mən 25 may 2021-ci il tarixdə video faktlarla Həsən Qasımovun korrupsiya əməllərini ifşa etdim.
Belə ki, 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə almışam.Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır.Videoda görünən yonca otu idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır.Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur.O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib.Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib yonca əkmişdir.
Bu korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir.Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir.Ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır.
Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur.Şirə kanalları lildən, kol-kosdan, qamışdan təmizlənmir deyə rayon torpaqları dahada şoranlaşıb məhv olur.Bütün işlər sənədlər üzərində saxtalaşdırılmaqla aparılır.
Mən hüquq mühafizə orqanlarından xahiş edirəm şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan məni ölümlə hədələyən və nalayiq sözlərlə söyüb təhqqir edən Həsən Qasımovun, onun ailə üzvüləri oğlu Nicat Qasımovun və kürəkəni Səlimov Zaur Qurban oğlunun barəsində tədbirlər görülməsinə tapşırıq verəsiniz. Qeyd edim ki, adı çəkilən hər üç nəfər vəzifəli şəxslərdir.
Əalqə telefonum; (050) 780-62-84"
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
ŞOK SƏS YAZISI:
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024